Abşeronda vətəndaşın torpaq sahəsini necə ələ keçiriblər? - Şikayətçi Prezident və nazirlərdən kömək istəyir
12-08-2020 [22:00]
Bakı şəhəri, H.Salmani 5/7, mənzil 75-də yaşayan Yolçuyev Bəhram Əlövsət oğlu tərəfindən Prezident İlham Əliyevə, Ədliyyə Naziri Fikrət Məmmədova və İqtisadiyyat Naziri Mikayıl Cabbarova şikayət məktubu ünvanlanıb.
Mia.az-a daxil olan şikayət məktubunun surətində şikayətçi yazıb ki, o, Abşeron rayon 2 saylı DNK. 22.05.2007-ci il tarixli, 4ə-5-782 nömrəli “Alıcı və Satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi” ilə Dövlət Aktına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sahəsi 0,673778 ha olan torpaq sahəsini alıb:
"Alqı-satqıdan sonra keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin əməkdaşları tərəfindən Dövlət Aktında qeyd olunan torpaq sahəsi akta və Mehdiabad qəsəbəsinin islahat xəritəsinə uyğun şəkildə naturada mənə təhvil verilmişdir.
Təxminən 2014-cü ilin əvvəllərində tanımadığım şəxslər mülkiyyətimdə olan əkinə tam yararlı olan təsərrüfat təyinatlı torpaq sahəsini zəbt edərək fərdi yaşayış evi inşa etməyə başlamışlar.
Pozulmuş hüquqlarımın bərpası üçün müxtəlif tələblərlə aidiyyəti üzrə məhkəmələrə müraciət etmişəm.
Məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, mənim torpaq sahəmdən 2269 metr aralıda, Binəqədi-Novxanı yolunun kənarında yerləşən, İsgəndərov Yaşar Məmməd oğlu ona xüsusi mülkiyyətində olan 0,38 ha torpaq sahəsinin 0,28 hissəsini 13.02.2013-cü il tarixdə bağışlama müqaviləsi əsasında bacısı İsgəndərova Sevil Məmməd qızına bağışlamış, həmin torpaq sahəsinə dair Sevilin adına çıxarış və plan ölçü sənədi verilmişdir. Plan ölçü sənədi tərib edilərkən ƏMDK yanında DƏDRX-nin Abşeron ərazi İdarəsi tərəfindən saxtakarlığa yol verilərək, Sevilin adına tərtib olunmuş plan ölçü sənədində torpaq sahəsinin koordinatları, ölçüləri və konfiqurasiyası tamamilə fərqli şəkildə tərtib olunaraq mənim mülkiyyətimdə olan torpaq sahəsinə işlənmişdir. Elə həmin dövrdə də mülkiyyətimdə olan və Sevilin adına işlənmiş 0,28 ha torpaq sahəsi 2-3 sot hissələrə bölünərək ayrı-ayrı şəxslərə satılmış və məhkəmə qərardadı ilə tikiniti aparılmasının qadağan edilməsinə baxmayaraq, təsərrüfat təyinatlı torpaq sahəsində qanunsuz olaraq fərdi yaşayış evləri və yarımçıq tikililər inşa edilməklə torpaq sahəm yararsız hala salınmışdır".
Şikayətçi yazıb ki, onun torpaq sahəsinin plan ölçü sənədi də Dövlət Aktında göstərilən koordinatlardan kənara, yəni digər Dövlət aktlarına əsasən qonşuların müliyyətində olan torpaq sahələrinin üzərinə işlənib:
"Reyestr Xidmətinin yaratmış olduğu bu uyğunsuzluğun aradan qaldırılması üçün tərəfimdən verilmiş iddia əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-21/2019 saylı 17.01.2019-cu il tarixli qərarı ilə ərazinin yerquruluşu (bölgü) layihəsinə (Dövlət Aktına) və 25.06.2007-ci il tarixli seriya MH № 0011477 saylı çıxarışa uyğun olaraq mülkiyyətimdə olan 0,673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması, qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada mənə tanıdılması öhdəliyi cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə həvalə edilmişdir.
Həmin qərar qanuni qüvvəsini almışdır.
Eyni zamanda cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə, İsgəndərova Sevil Məmməd qızına və qeyrilərinə qarşı alqı-satqı müqavilələrinin, çıxarışların və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi, torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa olunması və mülkiyyətimdə olan torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq mənə təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişəm.
İddiam həmin məhkəmə tərəfindən qismən təmin edilmişdir.
Həmin qətnamədən iş üzrə tərəflərin verdiyi apellyasiya şikayəti qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilərək iddia tələbimin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamədən cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi, İsgəndərova Sevil Məmməd qızı, Piriyev Əbülfət Salah oğlu, Mustafayev Kamran Qasım oğlu, Səfərova Minəvər Şahvələd qızı, Orucov Əlövsət Həsən oğlu, Ağa-zadə Rəşad Fərhad oğlu, Fətullayev Xəzər Vaqif oğlu, Əkbərov Faiq Ramiz oğlu, Babayev Baba Ədalət oğlu, Məmmədov Sahib Şamil oğlu, Hüseynov Sənan Raqif oğlu, maraqlı şəxslər Abşeron rayonu 1 saylı Notariat Kontoru və Abşeron rayonu 2 saylı Notariat Kontoru tərəfindən kassasiya şikayəti verilməmiş, qətnamə onlara nisbətdə qanuni qüvvəsini almışdır. Həmin qətnamədən yalnız cavabdeh Babayev Nemət Asif oğlu şikayət vermiş iş Ali Məhkəmənin hakimi İsmayıl Xəlilovun icraatına verilmişdir. Məhkəmə iclasında hakim tərəfindən verilmiş suallardan məlum olmuşdir ki, o iclas keçirilənədək iş materialları ilə ətraflı tanış olmamış, işin mahiyyətini başa düşməmişdir.
Belə ki, verilən suallara cavab olaraq iş materiallarına müvafiq məhkəmə qərarları və ekspertiza rəyləri əlavə edildiyi bildirilmiş, hakim o zaman işi vərəqləmiş həmin sənədlərin işdə olmasını təəssüf hissi ilə təsdiq etmişdir.
Buna baxmayaraq İ.Xəlilov hansısa marağa görə kassasiya şikayətini təmin edərək Sumqayıt Apellyasiya Məhkəməsinin bu iş üzrə qətnaməsini ləğv etmişdir.
Qeyd etmək istərdim ki, bu nəticə barədə iclasdan bir neçə gün əvvəl cavabdehlər tərəfindən qonşular arasında yayılan məlumata görə Ali Məhkəmənin sədri ilə “razılaşma” olması barədə məlumatlar yayılmışdır.
Mülki iş materiallarına tərəflər arasında qanuni qüvəyyə minmiş və mənim haqlı olduğumu özündə əks etdirən iki ədəd məhkəmə qətnamələri əlavə olunsa da, İsmayıl Xəlilov həmin qətnamələrin mövcudluğuna, həmin qətnamələrlə müəyyən olunmuş işin faktiki hallarına əhəmiyyət verməmiş cavabdehlər qarşısında götürdüyü öhdəliyə əməl edərək qanunsuz qərar qəbul etmişdir.
Cənab Prezident!
2013-cü ildən başlayaraq zəbt olunmuş torpaq sahəmin boşaldılması, torpaq sahəmin təyinatından kənar istifadənin qarşısının alınması üçün ƏMDK-nə, Torpaqların Dövlət İdarəedilməsinin Təşkili üzrə Dövlət Agentliyinə və müxtəlif məhkəmə instansiyalarına müraciət etmişəm. Lakin, ƏMDK-nin tabeçiliyində olan cavabdeh qurumlar tərəfindən müraciətlərimə baxılmamış, aidiyyəti dövlət məmurlarının qəbulunda olarkən haqlı olduğum üçün müvafiq tədbirlər görüləcəyi bildirilsə də bu günə kimi heç bir tədbir görülməmişdir.
Göründüyü kimi, acgöz məmurlar və ədalətsiz, maraqlı hakimlər mənim və əlil övladımın haqqına girərək öz vətənimdə mənim torpağımı yağmalamaqla məşğul olurlar.
Bütün məhkəmələrdə mənim haqlı olduğum bildirilsə də, maraqlı şəxslər tərəfindən işə “barmaq” edilməsi səbəbindən, mənim ziyanıma qanunsuz qətnamələr çıxarılır. Hazırki işdə də Ali Məhkəmə sədri Ramiz Rzayevə ənənəvi olaraq əvvəlcədən məruzə edilərək “xeyir-dua alma” mərasimində qarşı tərəfin duaları əlahəzrət sədr tərəfindən qəbul olunduğu üçün mənim ziyanıma qanunsuz qətnamə qəbul edilərək iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Dövlət məmurlarının, məhkəmə hakimlərinin haqsızlıqları və özbaşınalıqları səbəbindən dəfələrlə sarsıntı və iztirablara məruz qalmışam. Nəticədə 2 dəfə ürək əməliyyatı keçirmişəm.
Cənab Prezident!
ƏMDK-nin torpaq sahəmə başqa şəxslərin adlarına saxta sənəd verən, qanunsuz tikinti işlərinin aparılmasına şərait yaradan məmurların, işə qeyri-obyektiv yanaşan hakimlərin, icara məmurlarının cəzalandırılması, mülkiyyətimdə olan kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş qanunusuz tikililərin sökülməsi, tikinti işlərinin aparılmasının qarşısının alınması, zəbt olunmuş torpaq sahəmin boşldılaraq mənə təhvil verilməsi, qanuni qüvvəsini almış Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-21/2019 saylı 17.01.2019-cu il tarixli qərarının icra edilməsi və hazırki işin nəzarətə götürülməsini Sizdən xahiş edirəm".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi