BNA 3 ilə 23 milyon xərclədi, 2 aya bir milyon cərimə yığdı, ancaq... - Bakı yolları ilə bağlı maraqlı faktlar
12-08-2020 [16:27]
Artıq 5 ildir fəaliyyət göstərən Bakı Nəqliyyat Agentliyi (BNA) bu müddət özünü doğrulda bilməyib. 2015-ci ildə yaradılan BNA fəaliyyətə başlayandan bu günə qədər tənqid hədəfi olub.
Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyinə verildikdən sonra ümid edilirdi ki, nəqliyyat sahəsində, xüsusilə sərnidaşımada xaosa son qoyulacaq.
Amma gözləntilər özünü doğrultmadı. Əskinə, sərnişindaşıma sahəsində vəziyyət Ziya Məmmədovun dövründə olduğundan da pisdir. Hər halda ictimai nəqliyyatdan istifadə edənlərin əhəmiyyətli hissəsi BNA-nın fəaliyyətindən narazılıq edir. Bunu sosial şəbəkələrdə və mediada BNA-nın fəaliyyəti barədə yazılanlardan da görmək olur.
Məsələn, hərəkətin pik saatlarında paytaxt dayanacaqlarında əsl izdiham yaranır, marşrut xətlərində aparılmış dəyişiklik və islahatlar isə hələ ki, öz nəticələrini vermir.
BNA-nın ən çox tənqid hədəfinə gətirən məsələlərdən biri də “parkinq” işidir.
Paytaxt küçələrinə quraşdırdıqları nəzarət kameraları ilə minik avtomobillərinə dayanma-durmaya görə 20 AZN məbləğində cərimə yazırlar.
Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədri Vüsal Kərimli ötən il hesabat konfransında çıxışı zamanı agentliyin 2 ayda 53 min protokol yazdığını açıqlayıb. Beləliklə, qurum 2 ay ərzində 1 milyon manatdan çox cərimə yazıb.
Sosial şəbəkə və mətbuatda yazılanlardan görünür ki, bir çox hallarda bu cərimələr qanunsuz yazılır. Eyni zamanda aydın olunur ki, BNA-nın əməkdaşları Ziya Məmmədovun nəqliyyat qoçularının əməllərini təkrarlamaqla məşğuldur. Qurumun əməkdaşlarının avtomobil sahibləri ilə kobud danışması, bəzi hallarda onlara fiziki zor tətbiq etməsi barədə faktlar var və bu barədə zaman-zaman yazılıb.
Maraqlıdır ki, hər dəfə bu cür faktlar ictimailəşəndə BNA rəsmiləri təqsiri vətəndaşlarda görür. Məsələn dünən “Dakar” meydanında nəqliyyatın hərəkətinin dayanmasına görə yenə vətəndaşlar günahkar çıxarılıb.
BNA rəsmisi Mais Ağayevin bu məsələ barədə açıqlamasına diqqət edək: “Hazırda “Dakar” meydanında nəqliyyatın hərəkəti dayanıb. Səbəb: nəqliyyat vasitələrinin çoxluğu və sürücülərin dairədə bir-birilərinə yol verməmələridir.
Bu səbəbdən hazırda “Dakar” dairəsinə bütün istiqamətlərdə sıxlıq müşahidə olunur. Bu vəziyyətdən ən çox əziyyət çəkən isə ictimai nəqliyyat istifadəçiləridir. Avtobuslar sıxlıqda qaldığından insanlar piyada gedir”. Göründüyü kimi, öz işlərini düzgün qura bilməməyin günahını sürücülərin üzərinə qoyurlar. Bu isə təbii ki, sürücü və sərnişinlərdə qıcıq yaradır.

BNA həm də iri məbləğli büdcə vəsaitlərini “udan” qurum kimi tanınır. Qurumun həyata keçirdiyi tenderlərə həmişə şübhə ilə yanaşılıb. Məsələn, götürək yolların rənglənməsini. Mediada yazılanlara görə, BNA 3 il ərzində Bakı yollarının rəngləməsinə 22 milyon manata yaxın pul xərcləyib. Qurumun bununla bağlı elan etdiyi tenderlərin qalibi isə “Yol Xətt” MMC olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Yol Xətt” MMC 3 iyul 2006-cı il tarxidə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, 11-ci Dağlıq 3105-ci məhəllədə yerləşir. MMC-nin qanuni təmsilçisi isə Murad Mobil oğlu Muradovdur.
Murad Muradov 22 fevral 2020-ci ilə tarxidə Prezident İlham Əliyevin 1834 saylı sərəncamı ilə avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqləndiyinə görə “Tərəqqi” medalına layiq görülüb.
Murad Muradov “Yol Xətt” MMC-nin qanuni təmsilçisi olsa da, əslində, proxy şəxsdir. MMC-nin idarə edilməsi başqa bir şəxsin əlindədir/Yenisabah.az.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi