Putin Araz Ağalarovu “Şərəf” ordeni ilə təltif etdi

img

29-10-2013 [22:32]


Bu gün Rusiya prezidenti Vladimir Putin Kremldə ölkəsinin görkəmli şəxsiyyətlərini dövlət mükafatları ilə təltif edib.

MİA "Media forum” saytına istinadən xəbər verir ki, təltif olunanlar arasında azərbaycanlı iş adamı Araz Ağalarov da var. Araz Ağalarov "Şərəf” ordeni ilə təltif olunub.

57 yaşlı Araz Ağalarov "Krokus” qrupunun prezidentidir. 2013-cü ilin əvvəllərində "CEO” jurnalının açıqladığı məlumata görə, Araz Ağalarovun varidatı 2 milyard dollardan çoxdur. Həmin vaxt jurnalın tərtib etdiyi reytinq cədvəlində Araz Ağalarov Rusiyanın 131 nəfər milyarderi arasında 56-cı yerdə qərar tutmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA