Prezident İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi

img

11-08-2020 [16:47]


Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Mia.az xəbər verir ki, dəyişikliklə Məcəlləyə yeni 370-2 maddəsi əlavə edilib.

Əlavəyə əsasən, telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların verilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər isə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə olunacaq. Bu inzibati xətanın bir il ərzində təkrar törədilməsinə görə isə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 500 manatadək cərimə olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA