Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11-08-2020 [00:03]
Qoç - uzun müddətdən bəri təxirə saldığınız və ya başa vura bilmədiyiniz işləri bu gün sonuclandıra bilərsiniz. Fəaliyyət sahəsində qayda yaradın. Planlarınızı nizamlayın.
Günün ikinci yarısında istənilən mühüm addımdan əvvəl yaxşıca düşünüb-daşının. Fərqli olmağa çalışın. İlkin impulsdan sonra məramlarınız dəyişə bilər. Yeniliklərdən çəkinmirsinizsə, gözlənilməz təklif ala bilərsiniz. Məqsəd və istəklərinizi dəqiqləşdirin.
Yaxın gələcəklə bağlı perspektivləri cari durum müəyyənləşdirir.
Buğa - səhər saatlarından etibarən fikriniz dağınıq olmasın. Vəzifə səlahiyyətlərinin icrasına və ya tapşırıqların yerinə yetirilməsinə səhlənkar yanaşmayın. Problemləri tədricən həll edin, eyni vaxtda bir neçə işi görməyə çalışmayın.
Əvvəlcə həlli asan olan, daha sonra isə mürəkkəb müşkülləri çözməyə can atın.
Günün ikinci yarısında münasibətlər daha rəvan, harmonik olacaq. Olayların məcrası sərfəlidir. Bundan maraqlarınızın təminatı üçün yararlanın.
Saatlar keçdikcə şərait daha əlverişli, şərtlər daha sərfəli olacaq. Emosional davranmayın. Rahatlıq və komfort istəkləriniz artacaq.
Axşam saatlarında evdə istirahət edin.
Əkizlər - ağır işlər çoxdur. Onlar zəhmət, vaxt, intellektual və fiziki əmək tələb edirlər. İş qabiliyyətinizin ən yüksək olacağı zaman səhər saatlarıdır. Bundan istifadə edin, mühüm məqamları çözün. Aqressiv və sərt olmayın.
Günün ikinci yarısında qarşınızdakı sədlərlə maneələri tədricən aradan qaldırın. Dostların və ya etibarlı şəriklərin dəstəyindən yararlana bilərsiniz. Köməyə ehtiyacı olan insanın yanında olmağı unutmayın.
Axşam saatlarını əzizlərinizlə birlikdə keçirin. Belədə yaşamınızdakı hadisələri daha rahat qəbul edəcəksiniz.
Xərçəng - şəxsi problemlərinizi həll etmək, məişət məsələlərini çözmək üçün günün ilk yarısı daha münasibdir. Yaşamın kiçik sevinclərinin qədrini bilin. Yaxın ətrafınızdakı insanlardan birinin sizə demək istədiyi sözlər var.
Günün ikinci yarısında qohumlarınızdan və ya dostlarınızdan birindən xoş xəbərlər alacaqsınız. Köhnə tanış yada düşəcək. Maraqlı təklifləri dəyərləndirmək olar.
Sevdiyiniz insanı axşam saatlarında kiçik hədiyyə ilə sevindirin.
Şir - yeni işə və ya layihəyə başlamaq istəyirsinizsə, tələsməyin. Qərarlarınız düşünülmüş olmalıdır. Yaşamınızın yeni mərhələsinin konturları hələ formalaşmayıb. Kənardan gələcək istənilən impuls dəyişikliklərə səbəb ola bilər.
Günün ikinci yarısında ətrafınıza diqqətlə baxın. Təcili məşğul olmağınız gərəkən məsələlər var. Fiziki iş, situasiyanın normallaşdırılması faydalıdır. Özünüzü həddən artıq yormayın.
Əks təqdirdə axşam saatlarında başağrıları və yuxusuzluqla üzləşə bilərsiniz. Şəxsi münasibətlərdə düşüncə zamanıdır.
Qız - aldığınız tapşırıqların yerinə yetirilməsinə daha diqqətlə yanaşın. Bacarıqlarınızı, biliklərizi və təcrübənizi yoxlamaq üçün sizə çətin iş həvalə oluna bilər. Sayıq olun, yaranmış imkanları fövtə verməyin. Vaxtınızın qədrini bilin. Şansları dəyərləndirin.
Günün ikinci yarısında cari situasiyadakı maneələri dəf etmək üçün güc və imkanlarınızdan maksimum istifadə edin. Karyera inkişafınızı şərtləndirən məqamları bir daha təhlilə uğradın. Gəlirləri artırmağın yollarını arayın.
Axşam saatlarını özünüzü həsr edin.
Tərəzi - yerinə yetirməli olduğunuz işlər arasında ən mühümünü, önəmli saydığınızı seçin. Dərhal fəaliyyətə başlayın. Abstrakt ideyalara qapılaraq qeyri-praqmat addımlar atmayın. Gündəlik qayğılar ciddi yanaşma tələb edir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Sevdiyiniz işi başa vurmaq olar. Kimsəni tələsdirməyin.
Axşam saatlarında emosiyalarınızı məhdudlaşdırmayın. Alış-veriş etmək olar.
Əqrəb - maliyyə resurslarının paylanması, zəruri informasiyaların əldə olunması ilə bağlı adekvat addımlar atın. Bir variantı yetərli saymayın. Məqsədə doğru aparan yolda irəliləyiş hiss etmirsinizsə, ruhdan düşməyin. Situasiyanı təhlil etsəniz, problemlərin həll yolunu asanlıqla tapa bilərsiniz.
Günün ikinci yarısında hazır metodlardan və ənənəvi vasitələrdən istifadə əvəzinə alternativləri arayın.
Axşam saatları dostlarla görüş, yaxud da ailəvi istirahət üçün yararlıdır. Hadisələrin axarı müsbət təmayüllərin gücləndiyini göstərəcək.
Oxatan - günün ilk yarısında xoşagəlməz olaylar yaşanmayacaq. Hadisələrin məcrası pis deyil. Buna rəğmən, özünüzü bir qədər narahat hiss edəcəksiniz. Bir müddət əvvəl yaşanmış olayların fəsadları hələ də aradan qaldırılmayıb.
Günün ikinci yarısında əmlak, maliyyə vəsaiti və karyera ilə bağlı durumu yaxşılaşdırmaq üçün əlinizdən gələni edin. Sürəkli olaraq sizi sinirləndirən, narahat edən insanlardan mümkün qədər uzaq olun. Bir zamanlar sıx münasibətlərdə olduğunuz, sonradan yollarınızı ayırdığınız insanlar üçün darıxa bilərsiniz. Səbrli olun, nisgilə qapılmayın. Sakitləşin.
Oğlaq - rutin işlərə laqeyd yanaşmayın. Tapşırıqları yerinə yetirin, öhdəlikləri unutmayın. Vədlərə əməl edin. Yarımçıq işləri başa vurun, təcili həllini tələb edən məsələlərin çözümünü təxirə salmayın.
Günlə bağlı dəqiq planlar tərtib etməyə çalışmayın, çünki ciddi dəyişikliklər olacaq.
Günün ikinci yarısında yaşamın aram axarına müdaxilə etməyin. Tələsmədən, təmkinlə davranın. Axşam saatları romantik görüşlər üçün əlverişlidir.
Dəyər verdiyiniz insanla təmaslarınızdakı problemləri aradan qaldırın.
Dolça - günün ilk yarısında problemlərin həllinə kreativ yanaşma nümayiş etdirin. Enerji azlığı və yaşam tonusunu aşağı səviyyəsinin yaratdığı çətinlikləri aradan qaldıra bilərsiniz.
Günün ikinci yarısı böyük planların reallaşdırılması üçün münasib deyil. Yaxın ətrafınızdakı insanlarla təmaslarda qeyri-format stilə üstünlük verin, rəsmiyyətçilikdən uzaq olun. Dəyər verdiyiniz insanla ünsiyyət xüsusi diqqət tələb edir. Onun yardımınıza və dəstəyinizə ehtiyacı var.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Balıqlar - günün ilk yarısında planlaşdırılmış işlərlə maneələr və əngəllər yarana bilər. Dünənədək aktual sayılan məsələlər indi önəmini itirməkdədir. Hətta onlar sizə mənasız təsir bağışlayacaqlar.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə anlaşılmazlıqların yaranmasına imkan verməyin. Ziddiyyətlər yalnız ilk baxışdan çətin, çözülməz təsir bağışlayır.
Yaşananları izafi emosiyalar olmadan qəbul edin. Cari işlərinizlə məşğul olun, ənənəvi çərçivələrdən kənara çıxmayın.
Axşam saatlarında situasiyaya daha nikbin baxışlar istisna deyil. Romantik görüş üçün pis zaman deyil.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi