Sumqayıtda yanan "Karvan"da uçqun, ölən və yaralananlar var-Yenilənib

img

29-10-2013 [15:03]



Bildiyimiz kimi, "Karvan"da baş verənyanğından sonra ticarət mərkəzinin müxtəlif hissələrində bəzi söküntü və kosmetik bərpa işləri aparılır. "Karvan"da bədbəxt hadisə baş verib. 

Belə ki, əksər hissəsi yanmış ticarət mərkəzində söküntü işləri aparılarkən "Karvan"ın bir hissəsində uçqun baş verib və bir nəfər dünyasını dəyişib, bir neçə nəfərin isə xəsarət aldığı söylənilir. Nəzərinizə çatdıraq ki, hazrda orada işləyən fəhlələr təhlükəsizlik şərtlərinə əməl etmədən çalışırlar, yəni əyinlərində təhlükəsizlik üçün geyim dəstləri yoxdur.
****
Məsələ ilə Sumqayıt Şəhər 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının qəbul şöbəsi ilə əlaqə saxladıq. Oradan bizə bildirdilər ki, bizdə olan məlumata görə hadisə nəticəsində bir nəfər ciddi xəsarət alıb, vəziyyəti ağırdır, hazırda reanimasiya şöbəsindədir("Xəbərlə").
***
MİA-nın əldə etdiyi məlumata görə, hadisə zamanı bir nəfər ağır yaralanıb, bir neçə nəfər də xəsarət alıb. Ölüm faktını isə təsdiqləyən olmayıb.

**** 
Bu dəqiqələrdə aldöğımız məlumata gö, reanimasiyada olan şəxs dünyasını dəyişib.

*** 

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, ticarət mərkəzində təmir işlərində çalışan, 35 yaşlı Ramil Rafiq oğlu Hüseynovun üstünə beton piltə düşüb. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, oktyabrın 19-da Sumqayıtdakı "Karvan” Ticarət Mərkəzində güclü yanğın olub. Yanğın nəticəsində ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət kompleksinin ərazisində yerləşən 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) mərtəbəli "Karvan" ticarət mərkəzinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları təxminən 20000 kv.m sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 2500 kv.m sahədə və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 1200 kv.m sahədə (ümumi təxminən 23700 kv.m) yanıb.

Xilasedicilər tüstüdən zəhərlənmiş 16 nəfər vətəndaşı hadisə yerinə cəlb olunmuş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA