“Qanuni oğru” Rəşad Gəncinski azadlığa buraxıldı
08-08-2020 [23:59]
Avqustun 8-də Belarus Ali Məhkəməsi 42 yaşlı azərbaycanlı “qanuni oğru” Rəşad Gəncinski kimi tanınan Rəşad İsmayılovun hökmdən verdiyi şikayətə baxıb.
R.İsmayılova yeni cəza təyin edilərkən məhkəmə onun çəkdiyi cəzanı yetərli hesab edib və “qanuni oğru”nu həbsdən 8 il 3 ay əvvəl azadlıqa buraxılması barədə qərar qəbul edib.
Niyə həbs edilmişdi?
Qeyd edək ki, Rəşad Gəncinski 2018-ci ilin noyabrında Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılmışdı.
Minsk Rayon Məhkəməsi ötən ilin iyulunda Rəşad Gəncinskinin 10 il azadlıqdan məhrum olunması haqda qərar qəbul edib.
Rəşad Gəncinski məhkəmədə son sözlə çıxışında öncə silahla bağlı ittihamdan danışıb. Deyib ki, onun şəxsi təhlükəsizlik xidməti olub və onu qanuni silahla qoruyublar. Amma Belarusa gələrkən silaha buna heç bir ehtiyac hiss etməyib və bu səbəbdən üzərindən silah tapılması ittihamını rədd edir. “Mən o paslanmış tapançanın şəklini gördüm. Əgər kimsə mənim yanımda o cür silah gəzdirsəydi utanardım.” Gəncinski deyib ki, o həbs edərkən ona silahla bağlı heç nə deməyiblər. Yalnız səhəri gün müstəntiqlər ona silahın şəklini göstərərək axtarış zamanı tapıldığını və əl izlərinin olduğunu deyib. “Qanuni oğru” yada salıb ki, onu bir müddət əvvəl Abxaziyada yaralayıblar. “Mən özümlə dırnaqtutan belə gəzdirmirəm” deyə, o məhkəmədə bildirib.
Saxta pasport ittihamına gəlincə, o bildirib ki, 2012-ci ildən bu pasportu istifadə edir. “Bəli, mənim pasportum var, amma hansı mənzilimdə olduğunu bilmirəm. Mən Gürcüstanda, Yunanıstanda, hər yerdə bu pasportu istifadə etmişəm. Belarusda da heç bir qanun pozuntum olmayıb. Qoy bir nəfər desin ki, burada kimisə incitmişəm, hansısa pis niyyətim olub. Bura pul xərcləməyə gəlmişdim”.
Gəncinski məhkəmə ililginc açıqlama da vermişdi. “Siz tez-tez təkrar edirsiz: oğru, oğru, oğru... Mən küçədən gəlməmişəm. Hamı hər şey deyə bilər. Mənim xəstə anam var, əməkdar elm xadimi, elmlər namizədidir. 66 yaşında olan anam mənim himayəmdədir. Mənim vəfat edən atam akademik olub, onu Belarusda da yaxşı tanıyırlar”. Gəncinski deyib ki, o Belarusda kiminsə cibinə girməyib, kiməsə pislik etməyib. “Mənim biznesimlə 30-dan yuxarı ailə dolanır. Mən uşaq evlərinə gedərəm, yetimlərə sponsorluq edirəm ki, rahat böyüsünlər və narkotikdən uzaq olsunlar. Hər yerə getdiyim pasportla Belarusa da gəlmişəm. Bura gəlməyin mümkün olmadığını bilmirdim. İndi mənə 10 il həbs cəzası kəsirsiz. Niyə axı...?”
Rəşad Gəncinski kimdir?
İsmayılov Rəşad Məmməd oğlu 1978-ci ildə Gəncə şəhərində Abbas Səhhət adlanan yerdə anadan olub. Gənc yaşlarında doğulub böyüdüyü məhələdə adı xırda cinayətlərə qarışıb.
Daha sonra onun da yolu Moskvadan keçib. Burada gəncəlilərin güclü olduğu bazarlarda tanınmağa başlayıb. Bir-iki dəfə Rusiya həbsxanalarında qısa müddətli cəzalar çəkib. 2010-cu ildə qanunsuz silah saxladığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Liderlik qabiliyyəti, Rusiyada olan azərbaycanlılar arasında olan hörməti Rəşadı "qanuni oğru”lara yaxınlaşdırıb.
2013-cü ilin fevralında Moskvada böyük "sxodka” keçirilir. Həmin "sxodka”da azərbaycanlı "qanuni oğrular”dan Vaqif Süleymanov (Vaqif Diplomat), Əlibaba Həmidov (Qoca Yasamalinski), Arif Mehdiyev (Arif Sumqayitski), Yunus Nəzərov (Yunus Yasamalinski), Baxış Əliyev (Vaxa) iştirak edib.
"Sxodka”da "Rəşad Gəncinski” "qanuni oğru” kimi taclandırılıb.
Rəşad Gəncinski "qanuni oğru” adını aldıqdan bir qədər sonra Nadir Səlifova (Quli Bakinski) yaxınlaşmağa başlayıb.
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bir müddət əvvəl iddia etmişdi ki, Rəşad Gəncinski qanqsterlər arasındakı söhbətlərdən birində Rövşən Lənkəranskinin onun əmri ilə "o biri dünyaya göndərdiklərini” deyibmiş. Rəşad Gənsinski bildiribmiş ki, Lənkəranskinin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir. /Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi