Vitse-admiralın tutdurduğu zabitin ailəsi yeni nazirə məktub yazdı

img

29-10-2013 [12:56]


Uzun illər hüquq mühafizə orqanlarında çalışmış zabit, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova müdafiə naziri Zakir Həsənova açıq məktub yazıb.

Zənqilan rayonundan məcburi köçkün olduğunu vurğulayan M.Məmmədova yazır ki, "İnamla Hüquq MMC"- nin direktoru olan həyat yoldaşı MN-nin hərbi hissə komandiri, vitse-admiral Şahin Sultanovun sifarisi əsasinda həbs olunub, sonradan 8 il müddətinə azadlıqdan məhrum edilib: "19 iyul 2012-cil tarixində vətəndaş Hacıyev Elxan Ənvər oqlu Bakı Ağır Cinayətiər Məhkəməsində verdiyi ifadədə dövlətin sakinlərə kompensasiya şəklində ayırdıqı 2(iki) milyon manat pul vəsaitini Şahin Sultanovla birqə mənimsədiklərini etiraf etdi. "Bəli biz Şahin Sultanovla dövlətin ayırdığı 2 milyon pulu almışıq, bu puldan hər ailəyə 10 min manat vermişik və qalan pula Puta qəsəbəsində evlər tikirik” - dedi. Putada başlanılmış tikinti işlərini "Azenko" şirkəti həyata keçirir ki, bunun da hərbi hissəyə heç bir aidiyyatı yoxdur. Şahin Sultanov faktiki olaraq Elxan Hacıyevlə birğə dövlətin hərbçi ailələrinə plana düşmüş mənzilləri əvəzində ayırdığı kompensasiyanı mənimsəyiblər. Bu fakt Bəxtiyar Məmmədovun vəkillərinin sorğusuna "Azenco" ASC tərəfindən verilmiş rəsmi cavabla da təsdiqlənib. 

Bütün bunlar bir daha təsdiq edir ki həyat yoldaşım bu məsələni qaldırdığına və ictimailəşdirdiyinə görə Şahin Sultanov tərəfindən cinayət əməllərini ört-basdır etmək üçün şərlənərək tutdurulub”.

Məktub müəllifi yazır ki, ərazidə baş verənlərlə bağlı MN-nin Hüquq İdarəsinə ünvanlanan məktublara cavablarda "Azəryolservis”ə müraciət edilməli olduğu vurğulanır: "Belə olduğu təqdirdə Şahin Sultanov hansı əsasla qollarını çırmalayıb meydana atılmışdı? Nə üçün sakiniəri məcburi şəkildə evlərindən o çıxarırdı? Niyə onlara evlərinin dəyəri deyil, cəmisi 10 min manat pul paylayırdı? Onun nə maddi marağı vardı? Və yaxud MN Hüquq İdarəsi qanunun tələbini bilmirdi? Bunun üçün 2 il vaxt lazım idi? Bilmirdi ki, bu işlərin Şahin Sultanova aidiyyatı yoxdur? Səfər Əbiyevin işdən getməsi ərəfəsində qanun yadlarına düşdü?

Bu Şahin Sultanovun törətdiyi yeganə korrupsiya faktı deyil. Bayraq Meydanının tikintisi ilə əlaqədar hərbi hissənin köçürülməsi üçün dövlət tərəfindən ayrılmış əlavə 2 milyon manat pulun da fırıldaqçı Elxan Hacıyev və Şahin Sultanov tərəfindən mənimsənilməsi haqda məlumat var. Şahin Sultanovun Səfər Əbiyevlə yaxın münasibətlərdən istifadə edərək "kod 555 " adı ilə tanınan fırıldaqçı dostu Elxan Hacıyevlə birgə xarici ölkələrə hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi avadanlıqlarını satması, qanunsuz metal satısı, hərbi obyektləri, onların altındakı torpaqları balansdan silərək öz adlarına saxta sənədlər əldə etməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Qubada, Qusarda, Səkidə, Türkiyədə villalar alması, hissənin əsgər və işçilərini bu villarada qanunsuz işlətmələri, işçiləri rüşvətlə vəzifələrə təyin etmələri, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması və s. kimi saysız - hesabsız cinayətləri barədə dəfələrlə materiallar dərc olunub.

Deyilənlərə görə hakimiyyətdəki naməlum şəxs onu himayə etdiyindən о hələ də cəzasız qalır. Nə vaxtadək? Bu işlərin bir sonu olacaq ya yox? Bu qədər cinayətlər törətmiş bir adam necə belə mühüm postda əyləşib?

Fırıldaqçı Elxan Hacıyev faktiki olaraq Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi ev 18, mənzil 2 ünvanında qeydiyyatda olmasına və yaşamasına baxmayaraq 2011-ci ilin sentyabr ayında Səbail rayonu A.Quliyev küçəsi 4a və 4b ünvanlarından məcburi şəkildə köçürülmüş sakinlərə ödəniş cədvəlinə öz adını da yazdıraraq 10 min manat pul vəsaiti alaraq faktiki olaraq cinayət törədir”.

Məktub müəllifi yazır ki, prezidentin son kadr təyinatlarından çox şey gözləyirlər: "Ümid edirik ki, ölkə başçısının yeni təyinatı azğın, yolunu azmış, qanunları tanımayan, günahsız insanları şərləyən Şahin Sultanov kimilərin layiqli cəzalarına çatdırmaq yolunda körpü olacaq. Bir nazir kimi Zakir Həsənovdan xahiş edirəm ki,
Bəxtiyar Məmmədovu şərləyərək tutdurmuş Şahin Sultanov və onun yalançı sahidləri: Elxan Hacıyev, Elçin Sultanov, Natiq Əsgərov və Rauf Zevnalov barəsində cinayət işinin başladılmasında; qanunsuz şəkildə həbs edilmiş həyat yoldaşım Bəxtiyar Məmmədovun dərhal və qeyd-şərtsiz azad olunmasında ailəmizə köməklik edəsiniz. İnanıram ki, sizin müdaxilənizdən sonra məsələ öz müsbət həllini tapacaqdır”/Musavat.com/. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA