"Sahil Babayev, müavinləri, idarə rəisləri 250 manata dolana, problemlərini həll edə bilərlərmi?" - Ekspertdən nazirə sərt cavab
08-08-2020 [17:45]
"250 manat bir insanın yalnız ay ərzində qidasını ödəyə bilər".
Bunu kənd təsərrüfatı üzrə iqtisadçı ekspert Vahid Məhərrəmov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin "190 manata ehtiyacı olan niyə aylıq 250 manatlıq iş istəməsin ki?” fikirinə münasibətində deyib.
Ekspert bildirib ki, Sahil Babayevin 190 manat verdiyi insanların böyük əksəriyyəti imkanlı şəxslərin evində, həyətində fəhləlik edir:
"Sahil Babayev onun müavinləri, idarə rəisləri, şöbə müdirləri və əməkdaşları mümkündürsə, 250 manata bir neçə ay dolanışıqlarını təmin edib, problemlərini həll etsinlər. Niyə onlar yüksək əmək haqqından imtina edib vətəndaşlara təklif etdiyi 250 manatı almır? 250 manat bir insanın yalnız qidasını ödəyə bilər. Onun kommunal xərcləri, dərman preparatları və ehtiyacları var. Bunu kim və necə ödəyəcək? 250 manat bunu ödəmir. 190 manat verilən insanlar müəyyən yerlərdə işləyirlər. Kiminsə evində fəhləlik edir, ev yığışdırır, qonşular cağırır, onlar da məcburdur ki, hardansa dolansın. Onun-bunun evində işləməklə gündəlik dolanışığını ödəyir. Sahil Babayev bunu nəzərə alsın".
Vahid Mərərrəmovun fikrincə, Sahil Babayevin bu açıqlaması nazir vəzifəsinə yaraşmır:
"Sahil Babayev bunu nəzərə almalıdır ki, adamların daimi işi yoxdur. Müvvəqqəti şənbə və bazar günü kiminsə həyətində, təsərrüfatında işləyirlər. Sahil Babayev istəyir ki, bu adamlar bir ay 250 manata işləsin. Düşünürəm ki, bu nazir vəzifəsinə yaraşan səviyyə deyil. Ölkədə 3 milyona yaxın işsiz insan var. Sahil Babayev bunu nəzərə almalıdır. Biz araşdırma apardıq. Bizdən başqa digər mütəxəssislər də araşdırmalar apardı. Tam əminliklə deyə bilərəm ki, kənd təsərrüfatında 1 milyon 500 min işsiz adam var. Bunlar nəyin hesabına dolanır? Əgər Sahil Babayev sistemli qaydada aylıq 250 manat maaş təklif etdiyi adamlara ayda 500-600 manat iş təklifi etsə, hamı böyük həvəslə qəbul edər və işləyər".
Ekspert qeyd edib ki, həmin adamlar evdən çıxıb gedirsə, gün ərzində 2-3 dəfə pul xərcləyir:
"Ona görə 250 manata işləmək istəmirlər. Yol xərci, üstəlik də işlədiyi yerdə yemək xərci, bəs ay sonu evə nə gətirsin? Onun verdiyi 250 manatdan adamlar elə-belə imtina etmir. Hamının evində xəstə var, elə adam var, aylıq 200 manatlıq dərman alır. Bunu nəzərə almalıdır Sahil Babayev".
Vahid Məhərrəmov Sahil Babayevə 250 manatlıq iş yerlərinin adlarını mətbuata açıqlamağı təklif edib:
"250 manatlıq iş yerlərinin adı və ünvanı açıqlanmalıdır. İkincisi, 250 manatlıq iş yerində adamı elə işlədirlər ki, bir aydan sonra qazanılan pul iynə dərmana verirlər. Üçüncüsü, ölkədə tibbi sığorta yoxdur. İş yerində bir qəza olanda xərclərin hamısını ucuz işə gedən fəhlə ödəyir. Vətəndaşa 250 manatlıq iş təklif edən Sahil Babayev bunları da nəzərə almalıdır".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuata açıqlamasında bunları demişdi: "Onlara minimum əmək haqqı ilə işlər təklif etdik, amma heç 1 faizi də buna razılaşmadı. Həqiqətən, aztəminatlı olan və 190 manata ehtiyacı olan şəxs nəyə görə aylıq 250 manatlıq maaşla iş istəməsin ki?". /Qaynarinfo
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi