Baş Prokurorluqdan Gülər Əhmədovaya cavab gəldi

img

29-10-2013 [12:44]




Baş Prokurorluq həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmədə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşan Elşad Abdullayevin Azərbaycana gətirilərək məsuliyyətə cəlb edilməməsi barədə səsləndirdiyi iddialara cavab verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında Elşad Abdullayevin Azərbaycana ekstradisiya olunacağı barədə Baş Prokurorluğunun rəhbərliyi tərəfindən mövqe bildirildiyini qeyd edib.

Xatırladaq ki, Azərbaycanın baş prokuroru Zakir Qaralov oktyabrın 1-də jurnalistlərə açıqlamasında Elşad Abdullayevin ekstradisiyası ilə bağlı müvafiq qurumlara müraciət olunduğunu bildirib: "Mən əminəm ki, o, Azərbaycana ekstradisiya olunacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA