PA-nın şöbə müdiri daha bir partiya sədri ilə görüşdü - Nələr müzakirə edilib?
07-08-2020 [19:53]
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Milli Hərəkat Partiyasının (MHP) sədri Samir Cəfərovla görüşüb.
Mia.az xəbər verir ki, görüşdə bir sıra məsələlər, o cümlədən ölkədə iqtidar-müxalifət dialoqu, COVİD-19-a qarşı mübarizə tədbirləri və Azərbaycan-Ermənistan sərhədində son hadisələr müzakirə olunub.
İlk növbədə Ə. Vəliyev Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata toxunub. Qeyd olunub ki, ordumuzun layiqli cavabı nəticəsində düşmən məqsədlərinə nail ola bilməyib.
Digər tərəfdən, bildirilib ki, mövcud sağlam siyasi mühitin nəticəsi olaraq 43 siyasi partiya birlikdə, 4 siyasi partiya isə ayrı-ayrılıqda Ermənistanın hərbi təxribatını pisləyib və ölkəmizin bütövlüyü naminə Ali Baş Komandan ətrafında sıx birləşdiklərini bəyan ediblər.
Siyasi dialoqun nəticəsi kimi son bir neçə ay ərzində ölkədə 4 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, 3 siyasi partiyanın təsis sənədlərində edilmiş dəyişikliklərin yenidən qeydiyyata alınmasını və 2 yeni siyasi partiyanın təsis qurultaylarının keçirilməsini müsbət hal kimi qiymətləndirən S. Cəfərov yaxın bir dövrdə MHP-nin də qurultayının keçirilməsini planlaşdırdığını qeyd edib.
Görüş zamanı tərəflər pandemiyaya qarşı mübarizə çərçivəsində ölkə başçısı tərəfindən zamanında verilən qərarların respublika ərazisində virusa yoluxma sayının azalmasına və əhalinin sağlamlığını maksimum qorumasına xidmət etdiyi barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda ikitərəfli görüş zamanı pandemiya dövründə bir çox sektorun karantin rejimi çərçivəsində fəaliyyətini dayandırması nəzərə alınaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən vətəndaşlara sosial və iqtisadi yardım paketlərinin hazırlanması məsələsinə də toxunulub. Bu istiqamətdə atılan addımların Azərbaycan hökumətinin daim xalqın yanında olduğunu sübutu kimi qiymətləndirilib.
Sonda ölkədə iqtidar-müxalifət dialoqunun davam etdirilməsinin zəruriliyi qeyd olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi