13-14 avqustda keçiriləcək qəbul imtahanlarının II mərhələsinin qrafiki elan olunub
07-08-2020 [13:24]
İmtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun 2 gün ərzində keçiriləcək.
DİM-dən Mia.az verilən məlumata görə, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.
13-14 avqust 2020-ci il tarixlərində:
• cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları;
• I-IV ixtisas qrupları üzrə:
– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.
I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları ) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.
| Tarix/İmtahan* |
13.08.2020 İmtahanmərkəzləri(cəlbolunan rayonlar) |
14.08.2020 İmtahan mərkəzləri (cəlb olunan rayonlar) |
| Cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları |
Nəsimi Səbail Nizami Yasamal Xətai Xəzər Sumqayıt (cari ilin məzunları) Sumqayıtda yaşayan əvvəlki illərin məzunları Bakıda imtahan verəcək Sumqayıt (Xızının cari və Xızıda yaşayan əvvəlki il məzunları Sumqayıtda imtahan verəcək) Gəncə (Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy, Naftalan) Qazax-Ağstafa (Qazax, Ağstafa, Tovuz) Bərdə (Bərdə, Beyləqan, Tərtər, Xocavənd) Göyçay (Göyçay, İsmayıllı, Ucar) Lənkəran (Lənkəran, Astara, Lerik) Salyan (Salyan, Neftçala, Biləsuvar (Mehdili istisna)) Sabirabad (Sabirabad, Mehdili kəndi, İmişli, Füzuli) Şəki (Şəki, Oğuz, Qəbələ) Xaçmaz (Xaçmaz, Şabran, Siyəzən) |
Binəqədi Pirallahı Suraxanı Nərimanov Sabunçu Qaradağ Abşeron (cari ilin məzunları) Abşeron (Abşeronda yaşayan əvvəlki illərin məzunları Bakıda imtahan verəcək) Mingəçevir (Mingəçevir, Yevlax, Ağdaş) Şəmkir (Şəmkir, Gədəbəy) Ağcabədi (Ağcabədi, Ağdam) Kürdəmir (Kürdəmir, Zərdab, Ağsu) Masallı (Masallı, Yardımlı) Cəlilabad (Cəlilabad) Şirvan (Şirvan, Hacıqabul, Saatlı) Zaqatala (Balakən, Zaqatala, Qax) Quba (Quba, Qusar) Şamaxı (Şamaxı, Qobustan) Naxçıvan |
| I-IV ixtisas qrupları üzrə: – ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; – qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili). *9 illik orta təhsil bazasından kolleclərə sənəd verən abituriyentlər də yuxarıda qeyd olunan əlavə xarici dil imtahanlarını verəcəklər |
--- |
Xarici dilini və bölməsini dəyişən abituriyentlər bu imtahanlarını avqustun 14-də Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində verirlər. Abituriyentlər imtahandan bir neçə gün əvvəl çap edəcəkləri imtahana buraxılış vərəqəsində imtahan yeri ilə tanış olmalıdırlar |
Qeydlər:
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi rayona müvafiq imtahan mərkəzində imtahan verirlər.
- Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.
- İmtahana buraxılış vərəqələri imtahandan 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. II və III ixtisas qrupu üzrə imtahan verənlərin buraxılış vərəqələri artıq sayta yerləşdirilib.
- Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə hazırlaşan abituriyentlər fənlər üzrə tapşırıq nümunələri ilə “Abituriyent” 1 jurnalında tanış ola bilərlər. Ətraflı məlumat “burada”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi