Prezidentin köməkçisindən Ermənistana xəbərdarlıq: "Azərbaycan sərhədlərinin toxunulmazlığını təmin etmək hüququnu saxlayır”
06-08-2020 [19:05]
İspaniyanın qocaman nəşrlərindən biri olan “Lavanguardia” qəzetində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibə “Azərbaycanın səbri tükənməz deyil” sərlövhəsi ilə dərc edilib.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi bu müsahibədə Ermənistanla sərhəddə yaranmış vəziyyəti şərh edib.
Hikmət Hacıyev qeyd edib ki, rəsmi Bakı Ermənistanla münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır: "Bu halda Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun, BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edildiyi kimi hökmən işğaldan azad edilməsi nəzərdə tutulur".
Hikmət Hacıyev vurğulayıb: “Əks halda, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazi bütövlüyünü qorumaq və sərhədlərinin toxunulmazlığını təmin etmək hüququnu saxlayır”.
O xəbərdarlıq edib ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni hərbi iştirakı qabaqcadan söylənilə bilməyəcək potensial nəticələr riskinin mənbəyidir.
Hikmət Hacıyev həmin müsahibəsində deyib: “Ermənistan münaqişənin həllində maraqlı deyil, o, indiki status-kvonu möhkəmlətməyə və onun müddətini uzatmağa çalışır”.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıdır: “Otuz ilə yaxındır ki, biz danışıqlar prosesində iştirak edirik. “Strateji təmkin” adlandırıla biləcək bu fakt ölkəmizin məsələyə konstruktiv münasibətinin parlaq nümunəsidir. Lakin biz nəticə əldə edilməsinə yönəlmiş məzmunlu danışıqların tərəfdarıyıq”.
H.Hacıyev xəbərdarlıq edib ki, Bakı danışıqlar xatirinə danışığa getməyəcək, danışıqlar əbədi davam edə bilməz, çünki “indiki status-kvo yolverilməzdir və dəyişməlidir”.
“Azərbaycanın səbri tükənməz deyil”, - deyən H.Hacıyev vurğulayıb ki, işğal hərbi cinayətlərlə və insanlığa qarşı cinayətlərlə, etnik təmizləmələr müşayiət olunub: "Münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb".
Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan başa düşməlidir ki, XXI əsrdə beynəlxalq münasibətlər cəngəlliklər qanunu ilə nizamlana bilməz.
İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin vaxtaşırı pozulmasına, azərbaycanlı hərbi qulluqçuların və bir nəfər dinc sakinin həlak olmasına gəldikdə isə, H.Hacıyev bu hadisələri qətiyyətlə “qəsdən törədilmiş provokasiya”, “Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz” adlandırıb.
Onun fikrincə, Yerevan bu hərəkətləri etməklə bir neçə məqsəd güdür: "Onun bir məqsədi qlobal neft-qaz və nəqliyyat layihələrinin Azərbaycanın şimal-qərbində Tovuz rayonunda yerləşən strateji infrastrukturuna ziyan vurmaqdır".
H.Hacıyev bildirib ki, Ermənistan rəhbərliyinin daha bir məqsədi Ermənistanda ictimai rəyi daxili problemlərdən, amanabənd sosial-iqtisadi vəziyyətdən, müxalifətçilərin təqib edilməsindən və COVID-19 pandemiyasından yayındırmaq idi.
Hikmət Hacıyev sonda diqqətə çatdırıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etməyə çalışıb. Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb: “Azərbaycan ordusu bütün hücumları dəf etdi və Yerevan öz məqsədlərinin heç birinə nail olmadı”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi