29-10-2013 [11:08]
Deməli, yaxın günlərdə dövlət başçısının Nazirlər Kabinetinin tərkibi ilə bağlı yeni sərəncamları olacaq. Hazırda Nazirlər Kabinetinin tərkibində daha 6 yer boşdur, başqa sözlə, həmin vəzifələrin səlahiyyətlərini köhnə məmurlar icra edirlər. Vakansiyalar aşağıdakılardır:
1. TələbəQəbulu üzrəDövlət Komissiyasının sədri vəzifəsi - (sabiq sədr MəleykəAbbaszadəicra edir);
2. Dövlət Sosial MüdafiəFondu vəzifəsi - boşdur;
3. Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsi - (sabiq sədr Kamran İmanov icra edir);
4. Dövlət Qulluğu Məsələləri üzrəKomissiyanın sədri vəzifəsi - (sabiq sədri Bəhram Xəlilov icra edir);
5. Vətəndaşlara Xidmət vəSosial İnnovasiyalar üzrəDövlət Agentliyinin sədri vəzifəsi - (sabiq sədr İnam Kərimov icra edir);
6. Alternativ vəBərpa Olunan Enerji Mənbələri üzrəDövlət Agentliyinin sədri vəzifəsi (sabiq sədr Akim Bədəlov icra edir);
7. Satınalmalar üzrəDövlət Agentliyinin direktoru vəzifəsi - (sabiq sədr İsgəndər Çəndirli icra edir).
Hakimiyyətə yaxın mənbələrdən "Yeni Müsavat”a verilən məlumata görə, bu postlara təyinatların yubanmasının müxtəlif səbəbləri var. Hazırda bu qurumlardan bəzilərinin başqa qurumlara birləşdirilməsi və ya da sabiq rəhbərlərin yeniləri ilə əvəzlənməsi ilə bağlı variantlara baxılır. Məsələn, Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyinə birləşdirilməsi variantları nəzərdən keçirilir. Yeri gəlmişkən, pensiyaların paylanması 2003-cü ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kurasiyasında olub. 2003-cü ildə bu funksiya Sosial Müdafiə Fonduna verildi. O vaxta qədər isə fond yalnız məcburi sığorta haqlarının yığılması ilə məşğul olurdu. İndi isə bu məsələ ilə bağlı bütün funksiyaların bir əldə - Səlim Müslimovun rəhbərlik etdiyi nazirlikdə cəmlənməsi müzakirə edilir. Bu ideyanın reallaşma şansı yüksək qiymətləndirilir. Çünki S.Müslimov prezidentin şəxsən etimad göstərdiyi nazirlərdən biridir.
TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsinə də ideya olaraq baxılır. Siyasi hakimiyyət TQDK - Təhsil Nazirliyi qarşıdurmasından bezib. Misir Mərdanovun işdən çıxarılmasından sonra da münasibətlər normalaşmayıb. Ona görə də bu qurumların birləşdirilməsi məsələsi gündəmə gəlib. Ancaq bu ideyanın reallaşma faizi yüksək deyil. Çünki TQDK Təhsil Nazirliyinə birləşərsə, təhsilin keyfiyyətinin daha da aşağı düşəcəyi ilə bağlı narahatlıqlar var. Nazirlik həm tələbə qəbuluna, həm də təhsilə cavabdeh olsa, onda məsuliyyət hissi azalacaq ki, bu, orta məktəblərdə tədrisin vəziyyətinin daha da pisləşməsinə səbəb olacaq. Ona görə də bu variantın reallaşma şansı yüksək deyil. Başqa bir varianta görə isə TQDK-ya yeni şəxsin rəhbərlik etməsi nəzərdən keçirilir ki, ənənəvi münaqişələr səngisin. Ona görə də güman etmək olar ki, TQDK-ya 19 il rəhbərlik edən Məleykə Abbaszadə (1994-2000-ci illərdə TQDK sədrin əvəz edib, 2000-ci ildən isə qurumun rəhbəridir) postunu itirməli olacaq. Yaxın günlərdə hansı variantın seçiləcəyi aydınlaşacaq.
Təsdiqlənməyən bəzi qurum rəhbərlərinin dəyişdirilməsi də müzakirə edilir. Daha çox Satınalmalar üzrə Dövlət Agentliyinin həm statusunun, həm də rəhbərinin yenilənməsi gündəmdədir. Dövlət sifarişləri üzrə tenderlərin keçirilməsinə və təşkilinə cavabdeh olan agentlik "ölü doğulmuş uşaq” vəziyyətindədir. Tender qapalı şəraitdə keçirilir, bir çox hallarda tender qanunvericiliyinin ən elementar şərtləri belə nəzərə alınmır. Məsələn, qanunvericiliyə görə, tenderdə uyğun sahədə ən azı 5 illik təcrübəsi olan şirkətlər iştirak etməlidir. Ancaq bir çox hallarda cəmi 2-3 ay öncə yaradılmış şirkətlər tenderə qatılır və "qalib gəlir”. Bu sahədə qayda-qanun yaratmaq üçün qurumun statusunun və rəhbərinin dəyişdirilməsi gündəmdədir. Bundan başqa, qurumun indiki rəhbəri İsgəndər Çəndirli Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin bacısı oğludur. Bəzi məlumatlara görə, siyasi hakimiyyətin ona münasibəti neqativ istiqamətə dəyişib. Bu amil də Satınalmalar üzrə Dövlət Agentliyinin rəhbərinin dəyişdirilməsini zəruri edir. Bu məsələlərlə bağlı yekun qərarlar çox yaxın günlərdə qəbul ediləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi