Kəmaləddin Heydərovun pambıq şirkəti pul davasına çıxdı

img

29-10-2013 [10:23]


Sovetlər dönəmində Azərbaycanda fəaliyyətdə olan 20-dək iri pambıq zavodunu "MKT İstehsalat Kommersiya” MMC-nin «çətiri» altında ələ keçirən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu şirkətin simasında yeni problemlə üzləşib.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, Kəmaləddin Heydərov ölkədəki nüfuzu gömrük qurumlarına nəzarətinə rəğmən, bu şirkətə bağlı olan zavodların bir çoxu müflis olmaq təhlükəsi yaşayır. Bununla yanaşı, sözügedən şirkət yerlərdə kəndliləri həddən artıq narazı salmaqla, ildən ilə daha bir «partlayış ocağı»nın əsasını qoyur:

«Ölkədə başlayan özəlləşdirilmə prosesi zamanı Kəmaləddin Heydərov ölkədə fəaliyyətdə olan 21-22 pambıq zavodunun mərhələlərlə 20- yaxınını "MKT İstehsalat Kommersiya” MMC-nin «bayrağı» altında ələ keçirdi. O gündən etibarən ölkədə pambıqçılıq böyük br təhlükə ilə üzləşib. Şirkət sahibləri qısa zaman ərzində zavodlara çəkdikləri xərcləri çıxarmaq sürətlə varlanmaq arzu ilə ölkədə pambıqçılığı sözün əsl mənasında tənəzzüllə üzləşdirdilər. Elə bir vəziyyət yaranıb ki, insanlar məcburi şəkildə pambıq əkinindən yayınmağa məcbur oldular. Çünki şirkət rəhbərliyi dünya bazarında qiymətlərin yüksək olmasına rəğmən, kəndlilərdən bu məhsulu çox aşağı qiymətə götürməklə bərabər, həm əkin zamanı kəndlilərə kredit şəkilində verdikləri toxum, kübrə digər "dəstək kampaniyası"na sonradan hiylə qatmaqla yüzlərlə kəndlilərə problemlər yaradaraq, onları torpaqlarından, ev-eşiklərindən belə, məhrum etdilər. Bu fakt da kəndlilərin öləziyən ümidlərinin üstünə xətt çəkməklə, pambıq əkininə marağı böyük ölçüdə itirdi. Bütün bunlar isə şirkətin gələcək fəaliyyətini təhlükəyə sürükləyib. Artıq şirkət dünya bazarına çıxarmaq üçün yetərli məhsul istehsal edə bilmir. İstehsalın həcmi kəskin şəkildə aşağı düşüb. Üstəlik, daxili bazara satdıqları məhsulların pulunu da almaqda çətinlik çəkirlər».

 Məlumatda bildirilir ki,  "MKT İstehsalat Kommersiya” şirkəti daxili bazara satdığı məhsullara görə pulunu ləngidən müəssisələrə qarşı məhkəmə iddiaları da qaldırmağa başlayıb: «Əvvəllər şirkət pulun köçürülməsinə görə yaranan ləngimələrə səbirlə yanaşıb, qarşı tərəfə zaman tanıyırdı. Lakin indi vəziyyət dəyişib. Şirkət ən azı öz mövcudluğunu saxlamaq üçün borcların təcili yığmağa ehtiyac duyur. Onun üçün borclu müəssisələrə qarşı iddia qaldırmağa başlayıblar. Belə müəssisələrdən biri "Bakıtikişsənaye” ASC-dir. "MKT İstehsalat Kommersiya” MMC-nin "Bakıtikişsənaye” ASC- qarşı iddiasına artıq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Şikayət hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır».

 Məlumata görə, sözügedən məhkəmədə şikayətə hakim Vidadi Məmmədovun sədrliyi ilə baxılır: «Hakim Vidadi Məmmədov üzrə oktyabrın 24- təyin etdiyi iclasda qərarını verməyib. İşə noyabrın 7- baxılacaq».

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA