Yeni nazir Zakir Həsənovun “Facebook” səhifəsi ilə bağlı açıqlama verildi

img

29-10-2013 [10:22]


 Müdafiə Nazirliyi yeni nazir Zakir Həsənovun "facebook"dakı səhifəsi ilə bağlı açıqlama verib. 

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev bildirib ki, müdafiə naziririnin adına yaradılmış "facebook" səhifəsi saxtadır:

"Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakin Həsənovun adına yaradılmış "Facebook” səhifəsi saxtadır. Cənab nazirin adına heç bir "facebook" səhifəsi yoxdur".

Qeyd edək ki, bir neçə gün bundan əvvəl «facebook» sosial şəbəkəsində «general-polkovniki Zakir Həsənov» adında səhifə yaradılıb və mətbuatda bu barədə məlumat gedəndən sonra səhifə yığışdırılıb. Dünəndən etibarən sözügedən səhifə yenidən eyni adla görünməyə başlayıb.

qafqazinfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA