Əli Əsədov Livanla bağlı sərəncam verdi - 1 milyon dollar yardım üçün ayrıldı

img

05-08-2020 [22:38]


Azərbaycanın Baş Naziri Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamda, 2020-ci il 4 avqust tarixində Livan Respublikasının paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayışın çoxsaylı insan tələfatına və irimiqyaslı dağıntılara səbəb olduğu bildirilir.  

Sərəncamda deyilir ki, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Xarici İşlər Nazirliyinə 1 000 000 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA