Noyabrda hansı nazir hansı rayonda olacaq - SİYAHI

img

28-10-2013 [17:14]


AzərTAc mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlini dərc edib:

MİA nazirlərin görüş keçirəcəyi rayon və şəhərlərin siyahısını təqdim edir:

Şahin Mustafayev, iqtisadiyyat və sənaye naziri- 8 noyabrda Gədəbəy və Şəmkirdə

Elşad İsgəndərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri- 8 noyabrda Neftçala, Salyan, Şirvan, Hacıqabul, Saatlı, Sabirabadda

Qərib Məmmədov, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin sədri- 8 noyabr Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızıda

Fikrət Məmmədov, ədliyyə naziri - 14 noyabrda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzəndə

Mikayıl Cabbarov, təhsil naziri - 15 noyabrda Ağcabədi, Bərdə, Tərtər, Beyləqan, Ağdam, Füzulidə

Oqtay Şirəliyev, səhiyyə naziri - 15 noyabrda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı, Göyçayda

Səlim Müslümov, əmək və əhalinin sosial- müdafiəsi naziri - 15 noyabrda Qax, Oğuz, Qəbələ, Şəki, Balakən, Zaqatalada

Hüseynqulu Bağırov, ekologiya və təbii sərvətlər naziri - 15 noyabrda Gəncə, Göygöl, Samux, Goranboy, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Naftalan, Ağstafada

Əli Abbasov, rabitə və informasiya texnologiyaları naziri - 15 noyabrda Ucar, Ağdaş, Göyçayda

Azad Rəhimov, gənclər və idman naziri - 15 noyabrda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax, Ağsuda

Kərəm Həsənov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri - 15 noyabrda Şəki, Oğuz, Qəbələ, İsmayıllıda

Arzu Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi - 16 noyabrda Sumqayıt, Abşeronda

Əbülfəz Qarayev, mədəniyyət və turizm naziri - 18 noyabrda Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, İmişli, Beyləqan, Xocavənd, Zərdab, Ağcabədi, Laçın, Füzulidə

Məleykə Abbaszadə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri - 19 noyabrda Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Xızıda

Fazil Məmmədov, vergilər naziri - 22 noyabrda Şamaxı, Ağsu, Qobustanda

Ziya Məmmədov, nəqliyyat naziri - 22 noyabrda Sumqayıt, Abşeron, Xızıda

Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - 22 noyabrda Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Füzuli, Xocalı, Xocavənd, Laçın, Tərtərdə

Ramil Usubov, daxili işlər naziri - 23 noyabrda Sumqayıt, Abşeron, Qubadlı, Zəngilanda

Kəmaləddin Heydərov, fövqəladə hallar naziri - 29 noyabrda Cəlilabad, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlıda

Heydər Əsədov, kənd təsərrüfatı naziri - 29 noyabrda Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, Cəbrayılda

Aydın Əliyev, Dövlət Gömrük Komitəsinin sədri - 29 noyabrda Şirvan, Kürdəmir, Ağsu, Şamaxı, Zərdab, Saatlı, Sabirabad, Hacıqabulda vətəndaşlarla görüşlər keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA