"190 manata düz 3 milyondan çox əhalinin ehtiyacı var" - Deputat MM-də qəzəbləndi, Qərargahla TƏBİB-i "yıxıb-sürüdü"
05-08-2020 [15:01]
“Hesablama etmişəm ki, ölkədə 190 manatı almağa ehtiyacı olan düz 3 milyondan çox əhali var. Yanlış sərt karantin rejimi ölkəni məhv edir. 100 nəfər işçisi olan müəssisədə 20 nəfər işləyir. Guya hesablama aparılır ki, iş adamları heç kimi ixtisar etməyib. İş adamları özləri müflis olub. Büdcə dəyişikliyi sahibkarları da nəzərə alıb deməklə iş bitmir. Bu sərt karantin rejimini əsaslandıranlar xalqın ehtiyacını ödəsin. TƏBİB, o cümlədən, operativ qərargahın bəzi nümayəndələri bizi “xoxan”la qorxudur”.
Bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyib.
O bildirib ki, ABŞ sərt karantin tətbiq etmir, Almaniyada, Fransada yumşalmalara gedilib, Finlandiya adi həyatını yaşayır.
“TƏBİB isə deyir ki, hələ daha pis olacaq, acından ölməyənlər də payızda öləcək. Bu nə təfəkkür, bu nə ritorikadır? Camaatı, üzr istəyirəm, axmaq yerinə qoyublar?”, - deyə R.Nurullayev əlavə edib.
Deputat söyləyib ki, operativ qərargah və TƏBİB-i dinləyəndə Kventin Tarantinonun qorxu filmlərinə şükür edir.
“Bəsdirin millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz. Ayıbdır, vallah. Büdcə dəyişikliyi birbaşa hər bir vətəndaşın sosial həyatında görünməlidir və o hiss etməlidir ki, nəsə aldı, nəsə yedi, nəsə içdi. Yoxsa hər nazirlik, hər komitə, hər idarə göz yaşı töküb bir layihə verir ki, pul ver.
Ver, aparım dağıdım, aparım yeyim, aparım xarici ölkəyə çıxarım, aparım bir gündə tələm-tələsik yaratdığım firmaya verim, tez silim. Millət necə tarac olur-olsun, nə işim var. Büdcə xərcləmələrinə nəzarət ciddi olmalıdır. O ciddiyyəti görmürəm. Kim deyirsə oğurluq, talançılıq dayanıb, özünü aldatmasın. Xeyli yüksək vəzifəli məmur çəkib, özünü qoyub Himalay dağının başına. Amma bilin ki, oradan aşağı yuvarlananların aqibəti çox pis olur.
Söz verirəm ki, sabaha kimi müqavimətim qırılmasa, təzyiqlərə, edilən telefon zənglərinə tab gətirə bilsəm, bir-iki faktı da araşdırıb, onların hamısının adını bir-bir bu tribunadan açıqlayacağam. Hələ telefonu qaldırmamaq nə deməkdir? Siz özünüzü nə zənn edirsiniz?
Siz ən çirkin yollarla oğurlanan milyon və milyardlara sahib ola bilərsiniz, amma bu, bizi qorxutmaz. Qorxduğum Allahdır, dövlətin, müstəqillik və ölkə suverenliyinin qorunması üçün ölkənin birinci şəxsinin qarşısında özümü məsuliyyətli sayıram”.
R.Nurullayev qeyd edib ki, büdcə oğurlamaları, şişirtmələri, ayrılan vəsaitləri yalançı tender və qohum-əqrəbanın adına açılan birgünlük şirkətlərlə silmə, qohumlarını, ən yaxın dost-tanışını vəzifəyə təyin etdirmə ölkəyə və suverenliyimizə xəyanətdir:
“Ay başına dönüm, 120-140 manata virus testi olar? Bilirsiniz ki, həkimlərə vəd edilən artım ödənilməyib? Bilirsiniz ki, nə qədər insan xeyli hissəsi doğru olan şayiə ucbatından xəstəxanalara müraciət etmir? Birmənalı deyirəm ki, sərt karantin rejiminin davam etməsində maraqlı şəxslər və qüvvələr var.
Qəşəngcə varlanırlar, qəşəngcə pul silirlər. Biz də burada büdcə təsdiq edək ki, onlar daha da varlansınlar. Büdcəyə, dövlət qurumlarının fəaliyyətinə nəzarət lazımdır və bu təklifi yenə deyirəm ki, deputatlar, mətbuat və vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət nəzarət qrupu yaradılmalıdır”, - deyə R.Nurullayev əlavə edib. /Oxu.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi