28-10-2013 [16:19]
2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Əlaqələndirmə Komitəsinin oktyabrın 28-də ikinci toplantısı keçirilib.
Virtualaz.org Azərtac-a istinadən xəbər verir ki, Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak edib. Toplantıya sədrlik edən Mehriban Əliyeva bildirib ki, bu oyunlar ölkəmiz üçün etimad, yeni imkanlar və çox böyük öhdəlik deməkdir: "Bu gün Azərbaycan idman ölkəsi kimi tanınır və bizim ölkəmizdə mötəbər yarışların keçirilməsi bir ənənə halını almışdır. Azərbaycanda mütəmadi olaraq Avropa və dünya çempionatları keçirilir. Həm bizim qonaqlar, həm də mütəxəssislər bu tədbirlərin yüksək səviyyədə keçirildiyini təsdiqləyirlər. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə bu tarixin ilk səhifəsini yazan ölkə olacaqdır. Bir daha qeyd etmək istərdim ki, Azərbaycan xalqı bu oyunları dəyərləndirir və ölkəmizin Avropa idmanının tarixində çox böyük rol oynayacağı bu oyunlarla bağlı məsuliyyətini dərk edir. Eyni zamanda, Azərbaycan hökuməti oyunlara hərtərəfli dəstək verir, onun uğurla keçməsi və Avropa idmançılarının parlaq çıxışları üçün əlindən gələni edir”.
Mehriban Əliyeva Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin birinci iclasından sonra keçən dövrdə bir çox nailiyyətlərin əldə edildiyini vurğulayaraq bildirib ki, bugünkü iclasda görülən işlər haqqında təfərrüatlı təqdimatlar olacaq. Artıq idman yarışlarının cədvəl layihəsi tərtib olunub, oyunlarda iştirak edəcək rəsmilərin, idmançıların, həmçinin medalların sayı və yarışların baş tutacağı günlər nəzərdən keçirilib. İdman tədbirlərinin təşkil olunacağı məkanların siyahısı tamamlanmış, maliyyə məsələləri təhlil olunub.
Mehriban Əliyeva çıxışında Olimpiya şəhərciyində aparılan işlər haqqında da danışıb. Qeyd edib ki, media şəhərciyinin inşa ediləcəyi yer müəyyən olunub, Avropa Olimpiya Oyunlarının rəsmi internet saytının ilkin versiyası yaradılıb, kommunikasiya strategiyası işlənilib, oyunların yayımı məsələsi ilə bağlı razılıq əldə edilib.
Bakı şəhərinin oyunlara hazırlıq səviyyəsinin mühüm əhəmiyyət daşıdığını deyən Mehriban Əliyeva bu gün Azərbaycan paytaxtının inkişafı ilə bağlı layihələrin icra olunduğunu, yeni aeroportun inşa edildiyini, istirahət məkanlarının, parkların salındığını diqqətə çatdırıb.
Mehriban Əliyeva qalan müddətdə bütün əlaqəli qurumlar arasında sıx əməkdaşlığın təmin olunmasının vacibliyini bildirib və Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.
Sonra çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən işləri yüksək qiymətləndirib və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi