"BMT-də COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiya davam edir" - Leyla Abdullayeva
04-08-2020 [18:39]
"Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 10 iyul 2020-ci il tarixindən etibarən çağırılmış BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası öz işini davam etdirir".
Mia.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, 10 iyul tarixində rəsmi olaraq açıq elan edilmiş xüsusi sessiya BMT Baş Assambleyasının digər bütün sessiyaları kimi 2 seqmentdən ibarət formatda keçirilir.
“Prosedur xarakterli qərarların qəbul edildiyi seqment artıq 21 iyul tarixində başa çatıb. Bu seqment çərçivəsində Baş Assambleyanın aşağıdakı 6 qərarı sükut proseduru vasitəsilə qəbul edilmiş və BMT Baş Assambleyasının rəsmi sənədləri olaraq dərc edilib:
- BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri olan Ticani Məhəmməd-Bandenin xüsusi sessiyanın sədri seçilməsi barədə qərar;
- Xüsusi sessiyanın sədr müavinlərinin seçilməsi barədə qərar;
- Xüsusi sessiyanın Əsas Komitələrinin sədrlərinin seçilməsi barədə qərar;
- Xüsusi sessiyanın gündəliyinin qəbul edilməsi barədə qərar;
- Xüsusi sessiyasının Səlahiyyət Komitəsinin tərkibinin təsdiq edilməsinə dair qərar;
- BMT Nizamnaməsinin 19-cu maddəsinə uyğun olaraq, BMT-yə üzvlük haqlarını ödəməyən və beləliklə də səsvermə hüququndan məhrum edilmiş dövlətlərin siyahısının nəzərə alınmasına dair qərar.
Qeyd edək ki, pandemiyanın davam etməsi ilə əlaqədar BMT Baş Assambleyası çərçivəsində qərarlar səsvermə ilə yox, sükut proseduru vasitəsilə qəbul edilir. Müvafiq prosedura uyğun olaraq qərar layihələri 72 saat müddətinə bütün BMT üzv dövlətləri arasında yayılır və bu müddət sonuna qədər etiraz edən dövlət olmadığı təqdirdə qəbul edilir.
Koronavirus pandemiyası səbəbindən BMT-nin mənzil qərargahında tətbiq olunan məhdudiyyətlərlə əlaqədar, hazırda BMT Baş Assambleyasının rəsmi iclaslarının paytaxtlardan gələn nümayəndə heyətlərinin fiziki iştirakı ilə keçirilməsi mümkün deyil. Bununla əlaqədar, Baş Assambleyanın sentyabr ayında keçiriləcək müntəzəm sessiyası tarixdə ilk dəfə hibrid formada, yəni dövlətlərin seçimindən asılı olaraq ya nümayəndə heyətləri rəhbərlərinin əvvəlcədən yazılmış video-müraciətləri vasitəsilə, ya da həmin dövlətlərin BMT yanında Daimi Nümayəndəliklərinin Assambleya zalında fiziki iştirakı ilə baş tutacaq.
Hazırkı pandemiya vəziyyəti ilə əlaqədar 10 iyul tarixindən etibarən başlayan Baş Assambleyanın xüsusi sessiyasının müxtəlif seqmentli müzakirələrinin də əvvəlki xüsusi sessiyalardan fərqli formatda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, hazırda BMT üzv dövlətləri sessiyanın dövlət və hökumət başçıları səviyyəsində, videokonfrans formatında keçirilməsi ilə bağlı modallıqları müzakirə edirlər. Müvafiq razılıq əldə edildikdən sonra ümumi müzakirələrin konkret tarixləri müəyyən ediləcək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi