I vitse-prezidentin köməkçisi: "Ermənistan işğal olunmuş zonanı genişləndirmək istəyirdi"
04-08-2020 [15:07]
"Ermənistanla Azərbaycan arasındakı böhran yeni bir təhlükəli mərhələni aşdı. Fransız oxucular isə daha çox erməni tərəfinin münaqişə ilə bağlı mövqeyini KİV-dən ətraflı şəkildə öyrənir. Obyektivlik və intellektual dürüstlük baxımından söz Azərbaycan tərəfinə verilməlidir ki, fransız oxucu öz rəyini formalaşdıra bilsin.
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov son həftələrdə müşahidə olunan eskalasiya fonunda suallarımızın fransız dilində cavablandırılmasına razı oldu".
Bu fikirlər Fransanın Agoravox.fr portalında dərc edilmiş “Ermənistan-Azərbaycan münaqişəsi: Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ilə eksklüziv müsahibə” adlı yazıda bildirilib.
E.Əmirbəyov müsahibəsində bu ilin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrini törətdiyi hərbi təxribatla, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib.
İyulun 12-də erməni silahlı qüvvələrinin törətdiyi hərbi təxribat nəticəsində 11 hərbiçinin və 1 mülki şəxsin öldürüldüyü, ölkəmizin erməni təxribatına cavab reaksiyasından bəhs olunub.
Qeyd edilib ki, erməni təxribatının əsas məqsədi yeni mövqeləri ələ keçirməklə işğal olunmuş zonanı genişləndirmək, sərhəd bölgəsində yaşayan mülki əhalini qorxudaraq, öz evlərindən didərgin salmaq olub. Həmçinin, bu qanlı təcavüz Ermənistan hakimiyyətinin müharibəni başlamaqla öz ölkəsinin başına gətirdiyi fəlakətli iqtisadi və sosial vəziyyəti xalqına unutdurmaq məqsədi daşıyır. Ermənistan rəhbərləri Ermənistan-Azərbaycan münaqişəsinə bölgənin digər ölkələrini, eləcə də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da cəlb etmək istəyirdi.
“Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan bu cinayət əməlləri ilə işğalçılıq siyasətini davam etdirmək niyyətində olduğunu bir daha göstərib. Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz siyasətini və sərhəddəki təxribatlarını sərt şəkildə pisləməyə çağırırıq. Sərhədlərdə vəziyyətin gərginləşməsinə səbəb olan belə təxribatların məsuliyyəti tamamilə Ermənistan rəhbərliyinin üzərinə düşür. Aydın məsələdir ki, Ermənistanın indiki hakimiyyətinin yürütdüyü siyasət, nəyin bahasına olursa-olsun sülh danışıqlarından və Azərbaycan ərazilərini azad etmək öhdəliyindən yayınmaqdır",-deyə E.Əmirbəyov diqqətə çatdırıb.
Müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında geniş məlumat verilib. Dağlıq Qarabağ bölgəsində azərbaycanlı və erməni icmalarının birlikdə yaşaması üçün heç bir problemin olmadığı qeyd edilib. Ancaq erməni rəhbərlərinin irqçi çıxışlarının buna mane olduğu bildirilib.
Azərbaycanda insanlara mənşəyinə, irqinə və dininə görə fərq qoyulmadığı, bütün vətəndaşların təməl hüquqlarına və bərabərliyinə zəmanət verildiyi vurğulanıb. Dünyəvi dövlət olan Azərbaycanın mədəniyyətlərarası və dinlərarası beynəlxalq platforma olduğu qeyd edilib.
Müsahibədə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlardan da bəhs olunub/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi