Gülər Əhmədova: "Sevinc Babayeva ilə YAP-ın tədbirlərində tanış olmuşuq"

img

28-10-2013 [13:34]


Bu gün sabiq deputat Gülər Əhmədovanın işi ilə bağlı baxış iclası keçirilib. Gülər Əhmədova çıxışında iki xahişi olduğunu bildirib:

"KİV mənim haqqımda fantastik informasiyalar verir, heç birinə reaksiya vermək fikrim yoxdur. Onları vicdanları qarşısında qoyuram, Allaha tapşırıram. Azərbaycanda Diffamasiya haqda qanun qəbul olunmayıb, lakin istintaqa təqdim olunan cinayət işində 3 ton qəzet materialı var. Onun 80-90 faizi jurnalistlərin təxəyyülünün məhsuludur. Lakin indiyə qədər KİV-də gedən heç bir materiala görə bir jurnalist də məhkəməyə çağırılmayıb, sorğulanmayıb.

Mən bir il, bir ay, bir gündür ki, bu xətanın içindəyəm. Hər gün 7-8 dərman qəbul edirəm. Məhkəmədə ayıq olmaq üçün dünəndən dərman atmamışam. Hörmətli hakim, əgər proses zamanı səsimi qaldırsam psixi vəziyyətimlə bağlı bunu anlayışla qəbul etməyinizi xahiş edirəm". 

Sabiq millət vəkili həmçinin deyib ki, 2012-ci ildə Elşad Abdullayevin videoları yayımlanandan sonra mən öz mandatımdan imtina etdim, bu demokratiya və dövlətçilik naminə atılmış addım idi. Bunu nəzərə almağınızı xahiş edirəm. Təəssüf ki, bunu heç kim dəyərləndirmədi. Mən Elşad Abdullayevlə sadəcə tanış idim, onunla adətən dövlət tədbirlərində görüşürdük. Lakin isti münasibətlərimiz olmayıb. Sevinc Babayeva ilə isə YAP-ın tədbirlərinin birində tanış olmuşuq. Həmin vaxt yanımda əyləşmişdi, isti münasibətimiz olmayıb. Həmişə də hansısa məqsədlə, xahiş üçün mənə yaxınlaşıb. Bəzi yerlərdə onu rəfiqəm kimi təqdim edirlər, bu doğru deyil, heç atasının yasına da getməmişəm. Sevinc mənim köməkçim də olmayıb. Son dəfə onu Xətai rayonunda keçirilən iclasların birində görmüşəm”.

Sabiq millət vəkili daha sonra vəziyyətindən danışıb:

"Mənim vəziyyətim tragikomikdir. Bilmirəm gülüm, yoxsa ağlayım?".

qafqazinfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA