Şahin Mustafayev, İnam Kərimov, Muxtar Babayev, Rövnəq Abdullayev İmişlidə: göldən Baş Muğan kanalına su vurulur - FOTOLAR
03-08-2020 [16:07]
Antropogen göllərdəki su ehtiyatı hesabına ətraf rayonlarda suvarmada yaşanan problemi aradan qaldırmaq mümkün olacaq. Artıq Xubyarlı kəndində yerləşən göllərin birindən Baş Muğan kanalına su vurulmasına başlanılıb.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Baş Nazirin müavini Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev iştirak ediblər.
Şahin Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, ölkədə yaranan su probleminin aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığı ilə tədbirlər planı həyata keçirilir. Planın 1.7 bəndinə uyğun olaraq ölkə ərazisində ehtiyat su mənbələrinin araşdırılması və həmin su hövzələrindən səmərəli istifadə olunması istiqamətində işlər görülür. Baş Nazirin müavini qeyd edib ki, ilkin mərhələdə İmişli rayonunun Xubyarlı kəndi ərazisində yerləşən göllərdəki sudan istifadə edilməsinə başlanılıb. Bir-biri ilə əlaqəli olan 5 gölün ərazisi 250 hektardır. Dərinliyi 25-30 metr olan bu göllərdə 100 milyon kubmetrə qədər su ehtiyatı mövcuddur. Bu mənbələr suvarma üçün tam yararlı hesab edilir.
Suyun vurulması göl üzərində quraşdırılan üzən nasos stansiyası ilə həyata keçirilir. Stansiyanın dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün ərazidə transformator yarımstansiyası da quraşdırılıb. Baş Muğan kanalına ötürülən su hesabına 3 rayonda - İmişli, Saatlı və Sabirabadda 5 min hektardan çox əkin sahəsinin suvarılması yaxşılaşacaq. Üç aqreqatlı nasosla kanala saniyədə 5-6 kubmetr su vurulur.
Yaxın gələcəkdə digər göllərdən də suvarma məqsədilə istifadə olunacaq.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi