Generalın bacısı oğlu apellyasiya şikayəti verdi - Məhkəmə

img

28-10-2013 [11:41]



Prezidentin mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovun bacısı oğlu onun dostları Xətai rayon Məhkəməsinin sentyabrın 17- çıxardığı hökmdən apellyasiya şikayəti veriblər.

 Bu barədə mia.az-a məhkəmədən məlumat sızıb. Məlumatda bildirilir ki,  Xətai rayon Məhkəməsinin hökmü ilə 2 il həbs cəzasına məhkum edilən "OMİS” MTK-nın sədri Osman İsmayıl oğlu İsayev, onun əmisi oğlu Sultan Xalid oğlu İsayev, Amil Malik oğlu Şirəliyev 3,6 il iş alan Rauf Orxan oğlu Həsənlinin şikayətləri Bakı Apellyasiya Məhkəməsində qarşıdakı həftədə araşdırılacaq: «Adıçəkilənlərin şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq. Hakim şikayət üzrə oktyabrın 29-u, saat 10.15-ə iclas saatı təyin edib. Həmin günü Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Osman İsayev dostlarının şikayətlərinin icraata qəbul edilib-edilməyəcəyi ilə bağlı ilkin baxış keçiriləcək».

 Məlumatda o da bildirilir ki, zərərçəkənin tutulanlardan şikayətçi olmaması məhkəmənin adıçəkilənlərin üzərlərindəki həbsi götürməsi reallığa daha yaxın görünür.

 Xatırladaq ki, ittiham aktında həbs edilən şəxsləri "Yeni Həyat” yaşayış binasının liftində bir nəfərlə dalaşmaqda suçlanıblar. Həbs edilənlər isə ittihamla, cəza ilə razılaşmırlar.

 Bu yerdə onu da xatırladaq ki, hələ Xətai rayon məhkəməsində gedərkən Osman İsayevin babası, 85 yaşlı Abdolbari Sultan oğlu İsayev 83 yaşlı nənəsi Gülzar Həsən qızı İsayeva Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət edərək, nəvələrinin azad olunmasına kömək etməsini xahiş ediblər. Eyni zamanda, birinci xanımdan onları qəbul etməyi istəyiblər

 Bundan əlavə, tutulanların anaları - İsayev Narifə Həsən qızı, Əliyeva Nərminə İslam qızı, Şirəliyeva Sərfil Fərman qızı,  İsayeva Marina Məmmədəliyevna da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan kömək istəyiblər.

/span

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA