ARDNŞ daha iki icra başçısına iddia qaldırdı

img

28-10-2013 [11:39]


Dövlət Neft Şirkəti Bakının daha iki rayonunun İcra Hakimiyyətinə qarşı oxşar iddia qaldırıb.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, ARDNŞ Bakının Suraxanı Xəzər rayon İcra Hakimiyyətlərindən şikayətçidir. Dövlət şirkəti hər iki icra hakimiyyətinin neft əraziləri üzrə ayrı-ayrı şəxslərə fərdi yaşayış evlərinin tikintisi məqsədiylə sərəncam vermələrindən narazı qalıb. Şirkət həmin sərəncamların ləğv edilməsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə iddia qaldırsa da, çıxarılan qətnamələr mübahisəyə son qoymayıb. Hazırda hər iki icra hakimiyyəti ilə bağlı problem Bakı Apellyasiya Məhkəməsində araşdırılır. Məsələnin digər maraqlı məqamı isə ARDNŞ-in Qərib Məmmədovun sədri olduğu Dövlət Torpaq Xəritəçəkmə Komitəsini məhkəməyə cəlb etməsidir,

 Aldığımız məlumata görə, Dövlət Neft Şirkətinin Suraxanı Rayon İcra Hakimiyyəti, Komitə fiziki şəxs Gülşən Xəlil qızı Abbasovaya qarşı sərəncamların, torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsindən bəhs edən şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılır: «Hakim bu üzrə oktyabrın 31- proses keçirəcək».

 Xəzər rayon İcra Hakimiyyəti ilə bağlı apellyasiya şikayətinə isə sözügedən məhkəmədə hakim Səriyyə Seyidovanın sədrliyi ilə oktyabrın 29-da baxılacaq

barədəspan lang="AZ-LATIN" style="font-size:16.0pt;mso-ansi-language:AZ-LATIN"span lang="AZ-LATIN" style="font-size:16.0pt;font-family:

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA