İNAM KƏRİMOVUN KEÇMİŞ KÖMƏKÇİSİNƏ YÜKSƏK VƏZİFƏ VERİLDİ - KTN-də nazir müavini dəyişikliyində maraqlı məqamlar + FOTOLAR
01-08-2020 [12:41]
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev vəzifəsindən azad edilib.
Mia.az xəbər verir ki, onun yerinə nazirliyin aparat rəhbəri Sarvan Elxan oğlu Cəfərov təyin olunub.
Mia.az xəbər verir ki, yeni müavin nazir İnam Kərimovun ən sadiq kadrlarından biridir.
Maraqlı məqamlardan biri də odur ki, S.Cəfərov 2012-ci ildən 2018-ci ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN-XİDMƏT) sədrinin (Həmin vaxt bu xidmətin sədri İnam Kərimov olub - Mia.az) köməkçisi vəzifəsində işləyib.
İnam Kərimov 30 aprel 2018-ci ildə ona Kənd Təsərrüfatı Nazirliyində vəzifə verib. Daha dəqiqi, onu KTN-də də özünə köməkçi təyin edib və həmin gündən o, KTN-də ən "kilid adamlar"dan birinə çevrilib. Sonradan o, nazirliyin aparat rəhbəri postuna qədər yüksəlib, bir çox kadr və digər məsələlərin həllində əsas rol oynayıb...

Qeyd edək ki, S.Cəfərov 1985-ci ilin oktyabrın 28-də anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə təhsil alıb.
2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb.
2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
Yeri gəlmişkən, vəzifədən azad olunan İlham Quliyev 3 ay əvvvəl, daha dəqiqi, 27 aprel 2020-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İlham Quliyev 27.04.1960-cı ildə anadan olub.
![]()
1978-1983-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda “Sənaye və mülki tikinti” ixtisası üzrə təhsil alıb.
1999-2002-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına yiyələnib.
1983-1992-ci illərdə müxtəlif dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb.1992-1994 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin direktoru vəzifəsində çalışıb.
1994-1999-cu illərdə Kənd Təsərrüfatı Nazirliyinin Nəzarət-Təftiş idarəsinin rəisi vəzifəsində çalışıb.
1999-2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi vəzifəsində çalışıb.
2005-ci ilin 30 sentyabr AR Prezidentinin 1028 nömrəli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
2015-də Kənd təsərrüfatının inkişafında xidmətlərinə görə "Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adı verilib.
Evlidir, iki övladı var.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi