İlham Əliyevdən icra başçısına tapşırıq: "Küçələrin birinə general Polad Həşimovun adı verilsin"
30-07-2020 [22:40]
"Vəndam kəndi böyük kənddir, qədim kənddir, qədim yaşayış yeridir. Qəbələ şəhərindən sonra ikinci böyük yaşayış məntəqəsidir. Kəndin həm Qəbələ rayonunda, həm ölkə ərazisində xüsusi yeri vardır. Kəndin ziyalıları, ağsaqqalları bizim fəxrimizdir".
Mia.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində deyib.
Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışan və xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıqlarını verən Prezident İlham Əliyev deyib:
"Vəndam kəndinin yetirməsi olan general Polad Həşimov namərd, mənfur ermənilər, Ermənistan tərəfindən təşkil edilmiş təxribat nəticəsində Vətən uğrunda döyüşlərdə həlak olmuşdur. Polad Həşimov mənim tərəfimdən iki dəfə dövlət ordenləri ilə təltif edilmişdir. Mənim Sərəncamımla ona general ali hərbi rütbəsi verilmişdir.
Mən sənə tapışırıq verirəm ki, Qəbələ şəhərinin küçələrinin birinə general Polad Həşimovun adı verilsin. Mən mərhum generalın anası ilə danışmışam, ona başsağlığı vermişəm. Onun Vəndam kəndində, Qəbələ rayonunda yaşayan qohumlarına xüsusi diqqət göstərilməlidir. Bilirəm ki, diqqət göstərirsiniz. Daim diqqət mərkəzində olmalıdır. Onun yaxınları, övladları dövlət tərəfindən qayğı ilə əhatə olunur. Müdafiə nazirinə və digər aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilmişdir. General uzun müddət Sumqayıtda yaşamışdır və buna görə Sumqayıtın icra başçısına da göstəriş verilib. Siz də burada general Həşimovun adının əbədiləşdirilməsi ilə əlaqədar müvafiq addımlar atmalısınız".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi