26-10-2013 [19:27]
Mark Zaxarovun "Həmin o Munhauzen" filmində Baron Munhauzen öz monoloqunda deyir: "Boşanmaq bəşəriyyətin ən böyük tapıntılarından biridir"
Təəssüflər olsun ki, bəşəriyyətin ən böyük tapıntılarından biri, yəni boşanmaq bizim ölkədə hər mənada çox böyük problemə çevrilib. Boşanmaq istəyən adam bu ölkədə o qədər gözlənilən və gözlənilməyən problemlərlə qarşılaşır ki, nəticədə başını itirir, təzədən həyata bərpa olunmağa gücü qalmır.
Problemin hüquqi tərəflərin qoyuram kənara. Bu haqda hüquqşünaslar danışsalar, yaxşı olar. Mən bizim davranışlarımızdan dolayı ortaya çıxan problemlərdən danışmaq istərdim. Bir dəfə bloku təmiz görüb barmağımı dişlədim. Bildim ki, ya nişan olacaq, ya da toy.
Bir dəfə də belə hal baş vermişdi. Bloku arvadlar növbəylə süpürürdülər. Növbədə qarışıqlıq yaranmışdı. O deyirdi sənin, bu deyirdi sənin növbəndir. Zibil dizə qədər dirənmişdi. Heç cür dil tapa bilmirdilər. Nəhayət, bir qıza elçi gəldi. Həmin ailə qarğış edə-edə, lənət oxuya-oxuya bloku zir-zibildən təmizlədi. Hətta öz qapılarının ağzını yudular, divarlarını rənglədilər... Bax, bütün bu problemlər blokun məcburən yuyulmasındadı. Hər şey bu yalanlardan başlayır.
Çox vaxt deyirlər ki, filankəs yaxşı oğlan, filankəs yaxşı qız idi, toydan sonra dəyişdi. Xeyr, elə deyil. O, sadəcə rol oynayırdı. Əgər xəsisdirsə, bir az özünü səxavətli göstərirdi. Əgər pintidirsə, bir az səliqəli geyinməlidir. Əsl faciə odur ki, bir adam rola girmir, bütöv ailə, nəsil rola girib "aktyorluq" edirdilər. Toydan sonra isə adamların əsl sifəti ortaya çıxır. Məqsədlərinə nail olduqdan sonra hər kəs oynadığı roldan bezir. Bəzən tez, bəzən isə bir az gec hər bir kəsin həqiqi simasi görünür. Reallıq isə hər iki tərəfi dəhşətə gətirir. Bax, əsl problem bu aktyorluqdadı. Boşanmaq isə əsl faciədir. Sən toya çağırdığın 300-500 adamın hər birinə ayrı-ayrılıqda niyə, nə səbəbə boşandığının izahını verməlisən. İzah verməsən, əl çəkən deyillər.
Bizim ölkədə adamlar bekarçılıqdan asanlıqla bir-birilərinin həyatına müdaxilə edirlər. Əlbəttə, əgər sən toyu özün üçün yox, qonşu üçün edirsənsə, evinə divar kağızını öz zövqünə görə yox, qonşunun zövqünə görə çəkirsənsə, adamlar da asanlıqla sənin həyatına müdaxilə edəcəklər: Niyə boşandın? Bu sualı toya dəvət etdiyin hər bir adam sənə verəcək. Cavab verməyə məcbursan, çünki toya beş yüz adam dəvət etmisənsə, bu suala da cavab verməlisən.
Adamlar çox vaxt bu söz-söhbətlərdən uzaq olmaq, bu kimi suallara tuş gəlməmək üçün boşanmaq fikrindən vaz keçirlər. İt-pişik kimi bir yerdə yaşamağa üstünlük verirlər. Beləcə, illərlə bir-birilərinə nifrət edə-edə bir yerdə yaşayırlar. Uşaqlar, hamı bu nifrəti görür, hiss edir. Beləcə, müharibə şəraitində yaşayırlar və bunun da adını qoyurlar ailə həyatı.
Açığı, ikiüzlülükdü, üstəlik, bu it-pişik kimi yaşayan adamlar Avropa ölkələrindəki boşanmayla bağlı statistikanı tez-tez dilə gətirirlər və Azərbaycan ailələrinin gözəlliyindən həvəslə danışırlar. Bes, əgər bəşəriyyətin boşanmaq adlı bir tapıntısı varsa, adamlar niyə it-pişik kimi bir birilərinə nifrət edə-edə illərlə bir yerdə yaşayırlar? Bunun nə mənası var? Uşaqlar üçün? Axmaq söhbətdi. İki nəfərin bir-birinə nifrət etdiyi yerdə böyüyən və bu nifrəti açıq-aşkar hiss edən, ürəyinə salan uşağın halını təsəvvür edin. Elə bilirsiniz o, heç nəyi bilmir? Hər şeyi yaxşı bilir. Ən azı uşaq həssaslığı ilə hər şeyi çox gözəl hiss edir.
Problemin kökü bizim qeyri-səmimiliyimizdə, iki üzlülüyümüzdə və saxtakarlığımızdadı. Əvvəla, bizim insanlar özü üçün yaşamır. Qonşu üçün, qohum üçün, iş yoldaşı üçün yaşayır. Ona görə də bizim insanlar hər zaman, hər bir yerdə öz hərəkətlərinə görə başqalarına izahat vermək məcburiyyətindədi.
Yuxarıda da qeyd etdiyimiz kimi, toya beşyüz adam cağırmısansa, beşyüzünə də boşanmağın haqqında yerli-yataqlı izahat verməlisən.
Bəzən bizim adamlar mütləq iki adam arasında günahkar axtarırlar. Kim günahkardı, qadın yoxsa kişi? Ola bilər ki, hər ikisi pis adamdı. Ola bilər hər ikisi yaxşı adamdı. Sadəcə, alınmayanda alınmır.
İnsan mürəkkəb varlıqdı. Zatən insan mürəkkəb varlıq olmasaydı bu qədər film çəkilməzdi, bu qədər roman yazılmazdı. İki yaxşı insanın bir yerdə yaşaya bilməməsi aralarında narazılığın olması da çox təbiidir. Ola bilsin ki, onlar həqiqətən də yaxşı ailə qurmaq istəyirdilər. Həyatda hər şey olur. Alınmayanda alınmır.
Qadınlar üçün boşanmaq daha çətindi. Bu ölkədə kişilər başlarını güclə saxladıqları halda qadın üçün daha əlavə problemlər yaranır. İstər-istəməz axmaq suallar çıxır ortaya. Boşanmış qadına adamların münasibəti dəyişir. Adi bir misal çəkim. Bizim ölkədə əgər qadınla küçəyə çıxdınsa avtomatik olaraq gedə biləcəyin yerlərin sayı minimum 90 faiz ixtisara düşür. Xərclər avtomatik olaraq artır. Hərəkətlərində və davranışlarında istər-istəməz dəyişikliklər etməlisən. Bir zənən xeyağıyla bir stəkan çay içmək üçün çox vaxt şəhərin mərkəzinə getmək məcburiyyətində qalırsan. Rayonlardakı vəziyyətdən isə danışmağa dəyməz.
Bir zənən xeylağı gedib bulvarda düz-əməlli təmiz hava ala bilmir. İmkan vermirlər. İndi təsəvvür edin ki, boşanmış qadının üzərinə necə böyük yük düşür. O həm suallara cavab verməlidi, yeni qaydalara öy-rəşməlidi, üstəlik də, hələ öz adını qorumağın qeydinə qalmalıdı. Bununla belə, uşaq böyütməli və işləməlidi. Bütün bunlardan sonra əgər özündə güc tapsa, həyata təzədən başlamalıdı. Bir çox qadınlar məhz iqtisadi cəhətdən azad olmadıqlarına görə it zülmü altında yaşamğa məcburdurlar. Onların sadəcə getməyə yeri yoxdu. Ata evində heç kim onu gözləmir. Onu evdən yola salanda nə olursa-olsun geriyə dönməməyi tapşırırlar. Elə bil ki, oğlanı əsgərliyə yola salırlar. Nə olursa-olsun geriyə dönmək olmaz! Bu qadağalara nəsihət, mərifət, adət adı da qoymağı bacarıblar. Bizim vaxtmızda elə idi, belə idi. Ərə gedənin atası-anası olmur (yeni ər tərəfindən söyüləcəksən, amma narahat olma, olan şeydi).
İşi və peşəsi olmayan qadınlar ərinin zülmü altında inləməyə məcburdur. Özündə cəsarət tapıb boşananları isə kəşməkəşli həyat gözləyir. Cəngəllik qanunlarının hökm sürdüyü bir ölkədə boşanmış qadın statusuyla yaşamaq yəqin ki, heç də asan deyil. Ona görə də mən iaşə obyektlərində çalışan qadınlarla kobud rəftar edən adamları başa düşmürəm. Heç kim heç nədən sığortalanmayıb. Kimin axırının necə olacağını heç kim bilə bilməz. Bir sözlə, həyatın kobud zarafatlarından hamının payına nəsə düşə bilər. Əlbəttə, mən heç də boşanmağı təbliğ etmirəm. Serialdan təsirlənib hər xırda problemə görə düşünmədən boşanmaq qərarı vermək də doğru deyil. Biz sadəcə, illərlə məcburən bir yerdə yaşayıb və bo-şana bilməyən adamlardan danışırıq. Biz öz davranışlarımızla öz həyatımızı cəhənnəmə çeviririk. Bu davranışların çox iyrənc olduğunu bir çox adamlar görürlər, başa düşürlər, sadəcə, həyatlarını dəyişməyə qorxurlar. Bəziləri dəyişmək üçün tənbəllik edirlər. Mövcud münasibətlər sistemində axına qoşulub həyatlarını yaşayırlar. Bəziləri isə hətta bu davranış qaydalarını tərifləyərək açıq-aşkar cığallıq edirlər.
Bizim davranışlarımız bizim həyatımızın düşmənidir. İnsanlar bu davranışlara adət-ənənə, mərifət-qanacaq adı qoyub, bir-birilərinin qanını içirlər. Maddi vəziyyətlərindən xəbərdar ola-ola iki ailə bir-birini amansızcasına talan edir. Bu talançılıqda isə daha çox mağaza və şadlıq evlərinin rəhbərləri qazanırlar. Əslində, onlar da maaşa işləyirlər, ümumilikdə pul on beş adamın cibinə axır. Halbuki iki ağlı başında olan adam sakitcə oturub dil tapa bilər və axmaq-axmaq işlərə çəkdikləri xərclə bir gənc ailəyə yuva düzəldə bilərlər. Etmirlər, əvəzində axmaq işlərlə məşğul olurlar. Hələ bir buna görə də özlərinə qarşı xüsusi hörmət tələb edirlər. Guya onlar ağsaqqaldırlar, ağbirçəkdirlər, guya ağıllı adamlardı. İndi mən nəyə görə inkişafa mane olan bu ağsaqqal və ağbirçək dəstəsinə hörmət etməliyəm? Bəyəm bütün bu bəlaların başında və kökündə onların "dəyərlər sistemi" dayanmayıb?
Etiraf edək ki, bir çox adamlar üçün toy qadın əldə etmək üçün yeganə vasitədir. Ona görə də adamlar rola girməyə, aktyorluq etməyə məcburdular. Ehtiras qısa müddətdə sönür və tərəflər öz adi vəziyyətlərinə qayıdırlar. Onlar uşaq sahibi olmaq, birgə yaşamaq, ailə qurmaq üçün deyil, cinsi əlaqəyə girmək üçün evlənirlər. Belə desək, bir növ cütləşirlər. Əgər toydan əvvəl onlar bir-birinin "dadına" baxa bilsəydilər, çoxu heç evlənməzdi. Ehtiras onların gözünü tutur. Heç nə görmürlər. Üstəlik, nəzərə almaq lazımdır ki, qapalı ölkədə yaşayırıq. Tərəflər bir-birilərini tanıya bilmir. Bunun üçün şərait demək olar ki, yox dərəcəsindədir. Nə qədər ki, bakirəlik institutu dağılmayıb, nə qədər ki, ölkədə seksual inqilab baş verməyib, adamların böyük əksəriyyəti ailə qurmaq, uşaq sahibi olmaq, birgə yaşamaq üçün deyil, sadəcə öz ehtiraslarını söndürmək, yataq əldə etmək üçün evlənəcəklər...
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı