Dünyada koronavirusdan sağalanların sayı 10 506 417 nəfərə çatıb

img

29-07-2020 [20:00]


Dünyada koronavirusdan sağalanların sayı 10 506 417 nəfərə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ən çox sağalma ABŞ (2 189 592), Braziliya (1 721 560) və Hindistanda (999 318) qeydə alınıb.

Bildirilib ki, son bir ayda dünyada sağalanların sayı təqribən 10 dəfə artıb.

Qeyd edək ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada indiyədək 17 milyona yaxın insanda koronavirus aşkarlanıb. Onlardan 665 min nəfər pandemiyanın qurbanı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA