Yeni nazir dəyişikliyi davam etdirir, Səfər Əbiyevin üç köməkçisi də işdən çıxarıldı

img

26-10-2013 [18:03]


 Yeni təyin olunan müdafiə naziri Zakir Həsənov ciddi kadr dəyişikləri aparıb. O nazirin üç köməkçisini işdən azad edib. Artıq işdən çıxarılanların yerinə yeni təyinatlar da var. Bu barədə məlumatı dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə əlaqə saxladıq.O, bu barədə məlumatı, nə təkzib, nə də təsdiq etdi.

"Hazırda mən məzuniyyətdəyəm. Nazirlikdə baş verən kadr dəyişikliklərindən məlumatsızam”. Daha sonra naziliyin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

aznews.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA