İmişlidə karxanaların yaratdığı göllərdəki su kanallara vurulur - Əkin sahələrinin suvarılması üçün
29-07-2020 [15:39]
İmişlidə yerləşən antropogen göllərdə olan su ehtiyatı hesabına suvarma suyunda yaranmış çətinlik aradan qaldırıla bilər.
Mia.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda bu istiqamətdə iş aparılır.
Bu gün Baş Nazirin müavini Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və mütəxəssislər göllərə baxış keçiriblər.
Ölkədə yaranmış su probleminin aradan qaldırılması üçün Tədbirlər Planının həyata keçirildiyini bildirən Ş.Mustafayev qeyd edib ki, bu planın 1.7-ci bəndinə uyğun olaraq ehtiyat su mənbələrinin araşdırılması və həmin su hövzələrindən səmərəli istifadə olunması istiqamətində işlər yerinə yetirilir: "Tədbirlər Planına uyğun olaraq İmişli rayonunun Xubyarlı, Məzrəli və Çaxırlı kəndləri ərazisində yerləşən göllərdə ümumilikdə 70-100 milyon kubmetr su ehtiyatı olduğu müəyyən edilib.
Həmin göllərin ərazisində karxanalar fəaliyyət göstərdiyi üçün böyük su hövzələri yaranıb. İlkin mərhələdə Xubyarlı kəndi ərazisində yerləşən göllərdəki sudan istifadə olunması nəzərdə tutulur. Bir-biri ilə əlaqəli olan beş gölün ümumi ərazisi 250 hektardır. Dərinliyi 25-30 metr olan bu göllərdə 72,5 milyon kubmetr su ehtiyatı mövcuddur. Bu mənbələr suvarma üçün tam yararlı hesab edilir".
Baş Nazirin müavini deyib ki, artıq həmin göllərdən suyun götürülərək Baş Muğan kanalına ötürülməsi prosesinə başlanılıb:
"Hazırda bu istiqamətdə işlər davam edir. Göl üzərində quraşdırılacaq üzən nasoslar vasitəsilə su kanala vurulacaq. İlkin mərhələdə nasoslar hesabına saniyədə beş kubmetr olmaqla, kanalın qidalandırılması nəzərdə tutulub. Eyni zamanda, göllərdəki su ehtiyatının laborator müayinələri də götürülüb. Ehtiyat su mənbələri ilkin mərhələdə suvarma üçün istifadə olunacaq. Müayinələrin nəticələri məlum olduqdan sonra, həmçinin bu mənbələrdən içməli su kimi də istifadə edilə bilər.
“Oxşar göllər rayonun Məzrəli və Çaxırlı kəndlərində də mövcuddur. Çaxırlı kəndində yerləşən və ümumi sahəsi 52 hektar olan iki göldə 24 milyon kubmetr su ehtiyatı var. Həmçinin Məzrəli kəndində də belə iki göl var. Onların sahəsi 16 hektar, su ehtiyatı isə 7 milyon kubmetrdən çoxdur. Bu göllərin suyu hesabına rayonun əsas kanallarından olan Qızılarx və Cənubi Muğan kanalları vasitəsilə suvarma işləri yaxşılaşdırıla bilər”, - deyə Ş.Mustafayev qeyd edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi