Gömrüyün "Ramal-Trans”ı, yaxud 36 manatlıq "hoqqa"nın 1500 manatlıq cəriməsi... - Naşirdən şikayət
29-07-2020 [14:07]
“Səbail Rayon Məhkəməsi Gömrük Komitəsinin iddiası əsasında - qısa idxal bəyannaməsi olmadığına görə bizi 1500 manat cərimə edib. Məhkəmə bizim iştirakımız olmadan işə baxıb. Məhkəmə qərarından apellyasiya şikayəti etdik. Dünən, iyulun 28-də şikayətimizə baxıb, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladılar. İlin-günün bu vaxtında üstümüzə 1500 manat da yüklədilər”.
Mia.az “Yenisabah.az”a istinadla xəbər verir ki, bunu Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu deyib.
O, qısa idxal bəyannaməsi ilə izahat verərək bildirib:
“Demək, sadə dildə izah edim: əgər, xaricdən yük gəlirsə, Azərbaycan sərhədinə yaxınlaşmamış, yük haqqında gömrük orqanına məlumat verirsən və üstəlik 36 manat pul ödəyirsən. Bu pul niyə ödənilir, bu da məlum deyil.
Əgər yükü gətirən şirkət vaxtında xəbər verməsə və sərhəddən keçirib sənə təhvil versə, onda batdın, dərhal 1500 manat cərimə olunacaqsan.
Yükün həcmi, dəyəri heç kəsi maraqlandırmır. Nə gətirirsən gətir, QİB verməsən, cərimə olunacaqsan.
Bu qayda gömrükdə islahatlar aparılandan sonra tətbiq olunmağa başlayıb.
Bir də gömrükdə “Ramal-Trans” (ada heç bir müdaxilə olunmayıb) deyilən bir tələ var. Kimin yükü gəldi, aparıb salırlar ora və yükün həcminə uyğun səndən pul alırlar. Bizdən bəzən 500-600 manat qopardırdılar. Heç bir sənəd də vermirlər. Bir dəfə gömrüyün sədrinə şikayətlə müraciət etdim, rəsmi cavab gəldi ki, bu, bizlik deyil. Deyən lazım, ay qardaş, əgər, bu sizlik deyilsə, onda adımıza gələn yükü o tələyə niyə salırsız? Malımızı “Ramal-Trans” ərazisinə girmədən deklarasiya edin, çıxıb gedək də.
Qayıdıram, ayın 28-ində olan məhkəməyə. Məhkəmə saat 10:00-da olmalıdır. Hakim görən kimi soruşdu:
- Bəs sən xaricdə deyildin?
- Yox, burda olmuşam.
- Sənə hörmətim var.
Adamın Allahı var, bütün hərəkətlərində, danışıq tərzində hörmətini hiss edirdim. Doğrusu, bu vəziyyətin özündən çox qorxuram. Çünki bu vaxta qədər məhkəmələrdə mənim əleyhimə çıxarılan qərarların demək olar ki, hamısı mənə hörməti olan hakimlər tərəfindən çıxarılıb.
Nəticə bəlli olsa da, sonu gözlədim. Gömrük orqanının nümayəndəsi gəlməmişdi. İclas katibi zəng edib çağırdı. Məhkəmə saat 11:30-da baş tutdu. Gömrük hüquqşünası da yaxşı oğlan idi, sübutu da çox sadə oldu. Bizim yükü gətirən maşın sərhədi səhər saat 7-də keçib. Kamerada fotosu var. Fotoda da saat göstərilib. Biz isə qısa bəyannaməni doldurmuşuq və ödəniş etmişik saat 11:00-da. Maşının şəkli var, sənəd var, vəssalam...
Hakim üzümə baxıb:
- Mən qanuna tabeyəm.
- Möhtərəm hakim, axı gələn kitabın dəyəri 1500 manatdan azdır.
- Nə edim qanunun tələbidir.
Gömrükdə islahatlar başlayanda ən çox sevinənlərdən biri mən oldum. Çünki Vüsal Novruzov orda bir məzarlıq düzəltmişdi. İbrahimin qapısı ağzında növbədən sonra gedib başıma güllə sıxmaq istəyirdim. Mərtəbələr arasında yuxarı-aşağı o qədər gedib gəlirdin ki, axırda pencəyini də verib çıxmaq istəyirdin. İndi Vüsal və İbrahim yoxdur, amma onların kabusları var. Onların kabusu hələ də gömrüyü idarə edir.
Gömrükdə islahatlar başladı, "ura" dedik. Amma boğazımızda tikə qaldı. İndi gömrük boğazımızda qalan tikədir. Nə yuxarı qayıdır, nə də aşağı düşür.
Qısa idxal bəyannaməsini kim ixtira edib? Bəs bu cərimənin miqdarı haradan götürülüb? Bu Ramal trans niyə?
Bəzən xarici ölkələrə kitab göndərirəm. Bir neçə e-mail yazmaqla gömrük rəsmiləşdirilməsi asanlıqla həll olur. Heç Türkmənistanda da buradakı kimi problemlə üzləşmirəm. Rüsumlarını al, malımı göndər, gəlsin. Bu qaraçılıq, hər tin başı bir qutu qoyub pul yığmaq niyə gərək?”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi