Baş Prokurorluğun nümayəndələri“Varşava Konvensiyası müddəalarının tətbiqi” mövzusunda təlim kursunda iştirak ediblər
29-07-2020 [12:36]
Müasir dövrün və dövlət siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq işçilərinin fəaliyyətində çevikliyin, səmərəliliyin, peşəkarlığın, şəffaflığın təmin edilməsi və artırılması məqsədi ilə əməkdaşların nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi daim diqqətdə saxlanılmaqla, bu sahədə beynəlxalq təşkilatların müsbət təcrübələrinin öyrənilməsi istiqamətində tədbirlər görülməkdədir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, cari ilin 24 iyul tarixində Avropa İttifaqı (Aİ) və Avropa Şurasının (AŞ) Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) Proqramının ikinci mərhələsi çərçivəsində “Varşava Konvensiyası müddəalarının tətbiqi” mövzusunda keçirilmiş təlim kursunda Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev, həmin idarənin rəis müavini İsmayıl Qayıbov, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov, o cümlədən prokurorluğun və bir neçə hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər.
Təlim kursunda həmçinin İqtisadi Cinayətlər və Əməkdaşlıq şöbəsinin rəhbəri Mustafa Ferati, habelə Avropa Şurasının ekspertləri Klaudiyo Stroligo və Martin Poleyn iştirak ediblər.
Videoformatda keçirilən təlim kursu Varşava Konvensiyası ilə tənzimlənən müxtəlif istintaq hərəkətləri, çirkli pulların yuyulmasının qarşısının alınması, bu növ cinayətlərin istintaqının aparılması qaydaları, habelə aktivlərin geri qaytarılması sahəsində görülməli olan işlər, əmlakın bərpası üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərini əhatə etməklə, sözügedən növ cinayətlərin törədilməsi nəticəsində leqallaşdırılmış əmlakın bərpa edilməsinə töhfə verəcək Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin yaradılmasından bəhs edilib.
Təlimin əsas məqsədi Avropa Şurasının təcrübəli ekspertləri tərəfindən çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi üzrə uğurlu təcrübə və bilik mübadiləsinin aparılması, o cümlədən gələcəkdə daha sıx əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi