Prokurorluqdan müxalifətə xəbərdarlıq

img

26-10-2013 [13:06]


Oktyabrın 27-də Bakıda icazəli mitinq keçirəcək "Demokratik Qüvvələrin Milli Şurası" təşəbbüs qrupu üzvlərinə Bakı şəhər prokurorluğu tərəfindən qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq edilib.


Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev Müsavat partiyasından Rasim Əmiraslanov və AXCP-dən Aydın Əliyevi qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərlıq edib.

Mitinq təşkilatçılarına qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında yazılı xəbərdarlıqda deyilir: "Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış ərazidə və vaxtda toplantının keçirilməsi zamanı "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmamaqla ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, kütləvi aksiyanın təşkilatçılarından biri kimi Sizin haqqınızda qanunda nəzərdə tutulmuş müvafiq təsir tədbirləri görüləcəkdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA