Təhsil nazirindən yeni təyinat

img

26-10-2013 [12:41]


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Arzu Tahirquliyeva təyin olunub.

"Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov bildirib.

Xatırladaq ki, Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Zəminə Əliqızı dünən tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Arzu Tahirquliyeva əvvəllər İçərişəhər Dövlət Qoruğunun mətbuat xidmətinin əməkdaşı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA