Həmsədrlərlə Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək - Rəsmi Moskvadan anons verildi

img

28-07-2020 [19:13]


ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan XİN başçılarının dövlət sərhədindəki vəziyyətlə bağlı görüşü payızın əvvəlində keçirilə bilər.

Bu barədə “RİA Novosti” Rusiya Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, iki dövlət arasındakı münasibətlər və koronavirus pandemiyasının dinamikası imkan verəcəyi təqdirdə həmsədrlərlə XİN başçılarının görüşü payızın əvvəlində baş tuta bilər.

“Hazırda əsas məsələ Ermənistan-Azərbaycan sərhədində qalmaqda olan gərginliyi azaltmaq və ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik həll yollarını aktivləşdirməkdir”, - deyə mənbə vurğulayıb.

O, görüş yerinin hələ müəyyən edilmədiyini qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA