ÜST-dən xəbərdarlıq: "İnfeksiyanın yüksək sürətlə yayılması müşahidə olunur"

img

28-07-2020 [19:01]


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris koronavirusun mövsümi xarakterinin hələ təsdiqlənmədiyini söyləyib.

TASS xəbər verir ki, o, həm Şimal, həm də Cənub yarımkürəsində yerləşən ölkələrdə infeksiyanın yüksək sürətlə yayılmasının müşahidə olunduğunu qeyd edib.

“Görünür, mövsüm virusun ötürülməsinə təsir göstərmir”, - M.Harris Cenevrədə keçirilən brifinqdə deyib.

O vurğulayıb ki, COVID-19-un yayılmasına daha çox sosial məsafəyə riayət edilməməsi və insanların bir yerə toplaşması təsir edir.

M.Harris koronavirusun hazırkı fazasının ilk olaraq nəzərdən keçirilməli olduğunu, gələcəkdə isə gah artacaq, gah da azalacaq növbəti “böyük dalğa”nın olacağını söyləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA