26-10-2013 [12:38]
Sumqayıtda növbəti dəfə ağac soyqırımı faktı qeydə alınıb. "Xəbərlə” məlumat verir ki, hadisə oktyabrın 21-də gecə şəhərin 4-cü məhəlləsində, yolun kənarında, sakinlər tərəfindən yaradılan ağaclığın - kiçik bağçanın həyətində baş verib. Belə ki, bina 26/9-un tin hissəsində, özəl klinikanın yanında baş verən olay haqqında sakinlər Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, Ekologiya bə Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə zəng edib məlumat veriblər. Eyni zamanda adıçəkilən ərazidə yaşayan sakinlər Prezident Administrasiyasına hadisə barədə teleqram da vurublar.
Bina sakini Mübariz Məmmədovun verdiyi məlumata görə, bu ərazidəki ağaclar bir gün ərzində kəsilməyib: "İlk dəfə ayın 21-də gecə gəlib kəsdilkər, lakin bunun qarşısını müəyyən qədər aldıq. Sonra iki gecə öncə "ağackəsənlər” yenidən qayıtdılar və daha iki ağacı kəsdilər. Bu gecə isə gəlib lap kənardakı, özəl klinikanın yanındakı ağacı kəsmək istədilər. Nəticədə ağac aşıb klinikanın divarında dayandı.
İnanın, 1 həftəyə yaxındır ki, gecəni yatmayıb onları güdür, gəlməklərini hiss edərək hay-küy qaldırıb çölə çıxıram. Dərhal da balta-alətlərini atıb qaçırlar. Məsələn, 2 gecə əvvəl işlərini cəld görməkdən ötrü elektrik mişarla da gəlmişdilər, bu dəfə də "arzu”larını gözlərində qoyduq…
Mən və ətrafdakı sakinklər bu ağaclara daim qulluq edir, onları bəsləyirik. Amma adamın heyfi gəlir. Ağac kəsmək həm cinayətdir, həm də insanlığa, biologiyaya, ekologiyaya zidd bir haldır. Bu qədər də olmaz axı?! Hansısa işbazların biznes maraqları nəticəsində ağaclığı, yaşıllığı, insanların istirahət məkanlarını, şəhərimizin "ağciyərlərini” məhv etmək axı nə qədər düzgündür?!
Biz sakinlər əlaqədar qurumlardan olaya operativ və ədalətli reaksiya xahiş edirik.”, - deyə sakin söylədi” Sakinlərin "Xəbərlə”yə bildirdiyinə görə bir neçə gün öncə, elə bu gün də əraziyə polis bölməsindən, şəhər ekologiya şöbəsindən və yerli MİS-dən məsullar gəlib faktla yerində tanış olublar.
Maraqlıdır ki, "ağac qatilləri” öncə şübhələr yaratmasın deyə, ağacları budayıb, sonra dibindən kəsiblər. Nəticədə 2 ədəd böyük akasiya, 1 qarağac məhv edilib. Nəzərinizə çatdıraq ki, 3 ağacın 2-si kəsildikdən sonra yerə aşmasa da, kəsilən hissədən gövdəsinin demək olar ki, 10-15 faizi qalıb.
Dediklərimiz fotolardan da aydın görünür.
Ümidvarıq ki, müvafiq orqanlar, şəhər icra hakimiyyəti olaya dərhal reaksiya verərək faktı araşdıracaq, təqsirkarları cəzalandıracaq. Əbəs yerə deyil ki, elə olay baş verən günün səhəri Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sumqayıtda 9 ayın yekunlarıyla bağlı keçirilən hesabat yığıncağında məhz son vaxtlar şəhərdə yaşıllıq, ağacların məhvi barədə məmurlara sərt şəkildə barmaq silkələmişdi və bir daha vurğulamışdır ki, belə hallara son qoyulsun!
"Xəbərlə” xəbər portalı
P.S. Son fotoda sakinlərin hadisə olan gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçt ünvanına göndərdikləri şikayət əsasında nazirliyin atdığı addımları özündə əks etdirən məktubun surəti qoyulub..











Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi