Rusiyadakı diaspor rəhbərliyi azərbaycanlı tələbələri topladı: "Biz daim yanınızdayıq!"
28-07-2020 [15:57]
Rusiyanın Azərbaycanlı İcmaları Konfederasiyasının evində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təmçilçiləri və fəalları ilə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, tədbirdə M.V.Lomonosov adına MDU-nun, MDBMİ, RXDU, Seçenov adına birinci MDTU, MDPU və s. ali məktəblərin tələbələri iştirak ediblər.
Görüşdə çıxış edən Rusiya azərbaycanlıları diasporunun sədri akademik Fazil Qurbanov qeyd edib ki, bu ölkədə azərbaycanlılarla ermənilər arasında baş verən hadisələr bütün ictimaiyyəti ciddi narahat edir. O qeyd edib ki, erməni seperatçıları tərəfindən son günlərdə törədilən təxribatçı hərəkətlər Rusiya cəmiyyətində millətlərarası sabitliyin qorunub saxlanılması məsələsinə meydan oxumaqdır. "İkinci vətən saydığımız Rusiyanın çoxmilyonlu azərbaycan diasporunun təmsilçiləri olaraq biz sülh və sabitliyin qorunması üçün əlimizdən gələni etməliyik. Rusiya qanunlarının aliliyinin təmin olunması, onların mütləq olaraq icrası RF ərazisində yaşayan hər bir şəxsin borcudur. Məhz buna görə biz Rusiyanın bu və ya başqa formada hər hansı təxribata çəkilməsinin əleyhinəyik", - deyə o, vurğulayıb.
F.Qurbanov deyib ki, çoxminillik tarixə, zəngin mədəniyyətə malik olan azərbaycanlılar dörd böyük dini inancın daşıyıcılarıdır və hər hansı təxribatda, qeyri-sivil əməldə, qarşıdurmada iştirak etməməlidirlər: "Haqq bizim tərəfdədir və bunu "yumruq"la sübut etməyə ehtiyac yoxdur. Cəsur və mərd əsgərlərimiz, müvafiq qüvvələrimiz erməni qəsbkarlarına güclü cavab verirlər. Bizim vəzifəmiz isə tarixi Vətənimizi onun hüdudlarından kənarda layiqincə təmsil etməkdir. Bir daha hər kəsdən xahişim budur ki, tolerantlıq, təmkinlilik və müdriklik nümayiş etdirsin".
Professor Kamran Rüstəmov, RAGB-nin məsul katibi Ceyhun Hüseynov, Dövlət Dumasının Ekspertlər Şurasının üzvü İmaməli İmaməliyev, Rusiyada azərbaycanlı diasporunun nümayəndələrindən vəkil İlqar Hacıyev, iqtisad elmləri namizədləri Manaf Ağayev və Aybəniz Rüstəmova, RAGB layihələrinin əlaqələndiricisi Ramin Rəcəbov və RAGB-nin fəalları çıxış ediblər. Natiqlər bildiriblər ki, azğın, terrorçu meyilli erməni qaragüruhçu dəstələrinin dünya ölkələrində, o cümlədən Rusiyada yaşayan dinc azərbaycanlıların üzərinə hücum çəkməsi ürək ağrısı və ciddi təşviş doğurmaya bilməz. Vəziyyətin ölkənin ali rəhbərliyinin, RF hüquq müdafiə orqanları nümayəndələrinin nəzarətinə götürüldüyü, Azərbaycan diasporunun müraciətinin Dövlət Dumasına, Federasiya Şurasına, daxili işlər naziri V.Kolokolsevə, siyasi fraksiyalara göndərildiyi, gənclərimizlə erməni separatçıları arasında qarşıdurma salmaq cəhdlərinin qarşısının alınmasına çağırış edildiyi vurğulanıb.
Çıxış edənlər gəncləri şəxsi iddialara, zorakılığa, təxribatçı çağırışlara uymamağa, bütün azərbaycanlıların imicinə xələl gətirə biləcək hər hansı təxribatçı əməllərdə iştirakdan uzaq olmağa, bütün güclərini və intellektlərini erməni qəsbkarları haqqında həqiqətlərin sosial şəbəkələrdə və KİV-lərdə yayılmasına sərf etməyə çağırıblar.
"Biz Telegram kanalı yaratmışıq. Burada Qarabağın ermənilər tərəfindən işğalı ilə bağlı tarixi materiallar, baş verən bütün hadisələr barədə hər gün dürüst informasiya almaq olar. Leyla xanım Əliyevanın sədrlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi sizə bütün işlərinizdə dəstək olmağa hazırdır, biz daim yanınızdayıq!", - deyə C.Hüseynov bildirib.
Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tanıdığı bildirilib: "Həmin əraziyə, o cümlədən, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ da daxildir. Rusiyada rahat yaşamağımız üçün hər cür şərait yaradılıb. Məhz buna görə hər birimiz sabitliyin qorunmasına və RF qanunlarına riayət olunmasına cavabdehik. Lakin bununla yanaşı tarixi köklərimizi də unutmamalıyıq"..
Qeyd edilib ki, Rusiyanın azərbaycanlı diasporu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətini və xarici siyasət kursunu tamamilə dəstəkləyir!
Dövlət Dumasının Ekspertlər Şurasının üzvü İmaməli İmaməliyev Rusiyanı və doğma Azərbaycanı sevən bütün həmvətənləri sülhə və dincliyə, əməyə və yaratmağa, vətəndaş həmrəyliyinə çağırıb: "Ölkələrimizin gələcək inkişafına və tərəqqisinə yalnız bu yolla nail olmaq mümkündür".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi