25-10-2013 [18:19]
Oktyabrın 25-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində geniş əməliyyat müşavirəsi keçirilib.
Tədbirdə çıxış edən Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. O, ölkə başçısı İlham Əliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasının açılış mərasimində verdiyi tapşırıq və tövsiyələrə, habelə oktyabrın 9-da prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciəti və andiçmə mərasimi zamanı korrupsiyaya qarşı mübarizənin ümumxalq işi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli nitqindən irəli gələn vəzifələrin vacibliyini qeyd etməklə bu sahədə prokurorluq, o cümlədən ixtisaslaşmış orqan olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının zəruriliyini qeyd edib.
Müşavirədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev məruzə edib.
Müşavirədə antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində müvafiq səlahiyyətli qurumlara təkliflərin hazırlanaraq təqdim olunması, bu sahədə mövcud qanunların daha da səmərəli tətbiq edilməsi, əməliyyat tədbirlərinin intensivləşdirilməsi, cinayət işləri üzrə ibtidai istintaqın qanunla nəzərdə tutulmuş müddətlərdə tam və hərtərəfli aparılması, cinayət törətmiş bütün şəxslərin müəyyən edilməsi ilə cinayətkar şəbəkənin üzvlərinin aşkar edilməsi və məsuliyyətə cəlb edilməsinin təmin olunmasının vacibliyi bildirilib. Fiziki və hüquqi şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlardan istifadə edilməsi, sərt cəza tədbirlərinin tətbiqinə nail olunması, son dərəcə mühüm əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, korrupsiyaya daha çox uğramış sahələr üzrə mövcud normativ aktların təhlil edilməklə müvafiq təkliflərin hazırlanaraq aidiyyəti qurumlara təqdim edilməsi tələb edilib. "161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bütün məlumatların tam və düzgün araşdırılması, vətəndaşların qəbulu və onların müraciətlərinə diqqətlə yanaşılması və operativ reaksiyanın verilməsi, digər dövlət orqanları ilə mövcud əməkdaşlığın inkişaf etdirilməsi, idarənin fəaliyyətində müasir texnikadan və elektron xidmətlərdən istifadənin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və bu sahədə müsbət nəticələrə nail olmuş ölkələrin təcrübəsinin öyrənilməklə tətbiq olunması, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın həyata keçirilməsi, əhalinin bu işdə aktiv iştirakının təmin edilməsi məqsədilə onların maarifləndirilməsi işinin yeni müstəviyə qaldırılması, xüsusən idarə əməkdaşları tərəfindən mütəmadi olaraq təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizəyə dair mühazirələrin keçirilməsi, idarənin kadr potensialının gücləndirilməsi, hər bir əməkdaşın peşə hazırlığının və məsuliyyət hissinin artırılması istiqamətində qurumun fəaliyyətinin təkmilləşdirilməsi qərara alınıb.
Əməliyyat müşavirəsində "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar tapşırıq və tövsiyələrinin icrasına dair Tədbirlər Planı” təsdiq edilib.
Müşavirəyə yekun vuran Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində ən qətiyyətli tədbirlərin görülməsinin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi