Zəminə Əliqızı işdən çıxarıldı

img

25-10-2013 [17:18]


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı işindən azad olunub.

Bu barədə musavat.com-a özəl mənbədən daxil olan xəbərdə qeyd olunur ki, təhsil naziri Mikayıl Cabbarov Zəminə Əliqızını vəzifəsindən kənarlaşdırıb. Eyni zamanda Z.Əliqızı "Bakı təhsili” qəzetinin baş redaktor postundan da uzaqlaşdırılıb. Əməkdaşımızın məlumatı dəqiqləşdirmək üçün Z.Əliqızının özü ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb, o, telefonu açmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA