ÜST-dən daha bir xəbərdarlıq: "Koronavirus pandemiyası sürətlənib"

img

27-07-2020 [19:01]


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus koronavirus pandemiyasının yayılmasının sürətləndiyini söyləyib.

Bu barədə TASS məlumat verib.

“ÜST-yə təxminən 16 milyon xəstələnmə və 640 mindən çox insanın öldüyünə dair məlumatlar daxil olub. Pandemiya sürətlənməyə davam edir”, - Qebreyesus deyib. Onun sözlərinə görə, yaxın gələcəkdə təşkilat gələcək tövsiyələri hazırlamaq üçün fövqəladə komitənin iclasını çağıracaq.

Qeyd olunur ki, son altı həftə ərzində yeni növ koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb.

Cons Hopkins Universitetinin məlumatına görə, dünyada SARS-CoV-2-yə yoluxma üzrə 16,3 milyondan çox hal qeydə alınıb. Onun səbəb olduğu COVID-19 xəstəliyindən isə 649 min nəfər ölüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA