"Kənardan gəlməyib, mətbəxtdə bişən adamdır..." - Ekspertdən yeni nazirlə bağlı maraqlı açıqlamalar
27-07-2020 [17:35]
Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Təhsil İnstitutunun direktoru Emin Əmrullayev Təhsil naziri təyin olunub.
Xatırladaq ki, Emin Əmrullayev bundan əvvəl də təhsil sahəsində fəaliyyət göstərib. Belə ki,o, ardıcıl olaraq Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun və Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. Bu səbəblə nazir olaraq təhsildə hansı yeniliklər edəcəyi olduqca maraq doğurur.
Maraqlıdır, Emin Əmrullayev təhsildə müsbət dönüşlər yarada biləcəkmi?
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Emin Əmrullayevin nazir təyin edilməsi uğurlu addımdır: “Düzdür, müəyyən adlar hallandı, ona görə də kimlər üçünsə bu təyinat gözləniməz ola bilər, lakin təcrübəmə əsasən, deyə bilərəm ki, uğurlu təyinatdır. Bunun bir neçə səbəbi var. Əvvəla, Emin Əmrullayev Mikayıl Cabbarov və Ceyhun Bayramov olan komandanın kadrıdır. Bu da o deməkdir ki, islahatlar davam edəcək.
İkincisi, Emin Əmrullayev gənc və səmimidir. Mən onu nazirliyə gələndən tanıyıram. Mətbuata açıq adamdır, xaricdə təhsil alıb, yenilikçi və tədqiqata meyillidir. O, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri olub. 2016-cı ilin aprelindən ona Təhsil Problemləri İnstitutunun direktor səlahiyyətləri həvalə olunub, sonra da təsdiq olunub. 4 ildir ki, bu vəzifədə çalışır. Bu illər ərzində bu şəxs kifayət qədər nəzəri və idarəetmə təcrübəsi qazanıb. Yəni kənardan gəlməyib, mətbəxtdə bişən adamdır. Bundan əlavə, biz dəfələrlə müxtəlif tədbirlərdə görüşmüşük. Təhsil Problemləri İnstitutunun direktoru olduğu dövrdə iki görüşümüz olub. Təhsil Problemləri İnstitutu bir vaxtlar Təhsil Nazirliyi yanında Elmi -Tədqiqat Pedoqoji Elmlər İnstitutu adlandırıldı, indi isə sadəcə Təhsil İnstitutu adlanır. Mən orada 8 ilə yaxın çalışmışam. Bu institutut obrazlı desək, nazirliyin ürəyidir. Bütün sənədlər, qayda-qanunlar, elmi, nəzəri, pedoqoji, psixoloji məsələlər orada hazırlanır. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir. Orada təhsilin bütün pillə və səviyyələri üçün məzmun hazırlayırlar. Təhsil sisteminin tədris-metodik ehtiyaclarını müəyyənləşdirirlər. Təhsildə innovasiyaların yaradılması, nəzəri və praktik məsələlər onların fəaliyyətinə aiddir”.
Ekspert qeyd edib ki, Təhsil İnstitututu orada çalışan şəxsi istər-istəməz kadr kimi formalaşdırır:

“Bu baxımdan Emin Əmrullayevin nazir təyin olunması təəccüb doğurmamalıdır. Nazirin ilk olaraq hansı dəyişiklikləri etməsi məsələsinə gəldikdə isə bildirim ki, son həftələr ərzində bir neçə şöbə və sektor müdiri Xarici İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyinə aparılıb.
Burada ilk növbədə bir nazir kimi həmin boşluqları aradan qaldırmalıdır. Çünki onlar əsas vəzifələrdir. Nazirin müşaviri, Qrant layihələr sektorunun müdiri vəzifələri boşdur. Onlar doldurulmalıdır. Hər şey komandadan asılıdır. Düşünürəm ki, Emin Əmrullayev uğurlu komanda seçimi edəcək və nazirlikdə islahat meyilləri davam edəcək”.
Yenisabah.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi