Gülər Əhmədova daha bir vəkilindən imtina etdi

img

25-10-2013 [14:20]


Adı ADU-nun keçmiş rektoru Elşad Abdullayevlə rüşvət qalmaqalında hallanan, sabiq deputat Gülər Əhmədova istintaq müddətində hüquqlarını qoruyan vəkilindən məhkəmə ərəfəsində imtina edib. 

Belə ki, məhkəmə prosesinin başlanmasına qısa müddət qalmış G.Əhmədovanın ailəsi istintaq müddətində onun vəkili olmuş Raqif Mustafayevlə yeni müqavilə imzalamayıb. Bununla də məhkəmədə G.Əhmədovanın müdafiəsi ilə ancaq bir vəkil - Əfsər Talıbov məşğul olub. R.Mustafayev AzNews.az-ın əməkdaşı ilə söhbətində G.Əhmədovanı məhkəmədə müdafiə etmək üçün müqavilə imzalanmaması barədə məlumatı təsdiqləyib. Vəkil bunun səbəbini bilmədiyini və müqavilə imzalanması ilə bağlı qarşı tərəfdən təklif almadığını vurğulayıb. Xatırladaq ki, bundan əvvəl Gülər Əhmədova vəkili Eldar Qədimlidən də imtina etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA