Kanadada yaşayan azərbaycanlılar erməni təxribatına qarşı daha bir etiraz aksiyası keçirib - FOTOLAR

img

26-07-2020 [12:46]


İyulun 26-da Kanadanın Vankuver şəhərində azərbaycanlı icmasının təşkilatçılığı və iştirakı ilə Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən erməni təxribatına etiraz əlaməti olaraq izdihamlı nümayiş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, "Vancouver Art Gallery" meydanına toplaşan azərbaycanlılar və burada yaşayan türklər Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq dövlətimizə və ordumuza dəstək olduqlarını nümayiş etdiriblər.

Nümayişçilər bildiriblər ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması, erməni təxribatlarının dayandırılması, beynəlxalq ictimaiyyətin diqqətinin Ermənistanın işğalçılıq siyasətinə cəlb edilməsi üçün səslərini qaldırıblar.

Aksiyanın Kanadanın qanunları çərçivəsində, icazəli şəkildə keçirilməsinə baxmayaraq, nümayişçilər son anda burada da ermənilərin təxribatı ilə üzləşib.

Erməni quldurları meydana gələrək aksiyaya mane olmağa cəhd göstəriblər. Vankuverin azərbaycanlı icması erməni təxribatı ilə bağlı Kanada dövlətinə müraciət edib və aksiyanın keçirildiyi yerdə polislərin sayı daha da artırılıb. Aksiya insidentsiz başa çatıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA