"Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin qalib olduğu yeni layihəsinin təqdimatı keçiriləcək

img

25-10-2013 [13:37]



Bildiyimiz kimi 2012-ci il dekabrın 26-dan 2013-cü il fevralın 15-dək Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondu ikinci qrant müsabiqəsi elan edib. Müsabiqəyə müxtəlif kateqoriyalar üzrə 387 layihə təklifi daxil olmuşdur. Müzakirələr nəticəsində Müşahidə Şurası A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihənin (cəmi 170 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir. Qeyd edək ki, "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin müsabiqəyə təqdim etdiyi "Gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsi” layihəsi də qalib olmuşdur.

Layihənin məqsədi gənc tədqiqatçıları elmi məqalələrin, beynəlxalq konfrans materiallarının və tezislərin müasir elmi tədqiqat metodlarından istifadə edərək hazırlanması istiqamətində maarifləndirmək, onlara ixtisaslar üzrə beynəlxalq elmi bazalardan və rəqəmsal kitabxanalardan istifadə imkanları haqqında məlumat verməkdir.

Bu layihənin təqdimatı 01 noyabr 2013-cü il saat 10:00-da Gəncə şəhəri Azərbaycan Texnologiya Universitetinin əsas binasında keçiriləcəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA