Səlim Müslümovun 50 nəfəri işdən çıxarması xəbəri yayıldı

img

25-10-2013 [12:52]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Elnur Kələntərli və başqa 50-yə yaxın əməkdaşın yeni nazir Səlim Müslümov tərəfindən işdən azad edildiyi haqda redaksiyamıza məlumat daxil olub.

Bu məsələni dəqiqləşdirmək üçün Hafta.az saytı E.Kələntərlinin özü ilə əlaqə saxlayıb. O, açıqlamasında xəbəri təkzib etməyib: "Bu barədə mətbuat xidməti ilə əlaqə saxlayın”.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov isə belə bir məlumatın olmadığını deyib: "Elnur Kələntərli hazırda işdədi. Səlim Müslümov nazir təyin olunandan sonra da heç kim işdən azad edilməyib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA