Rəsmi Tbilisidən ölkə üzərindən Ermənistana silah göndərilməsi iddialarına daha bir şərh: "Bu, riskdir"

img

24-07-2020 [12:53]


"Gürcüstan və Azərbaycan arasında heç bir anlaşılmazlıq və bizim strateji tərəfdaşlığımıza təhlükə yoxdur”.

Bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria deyib.

Ermənistana silah-sursatın Gürcüstan ərazisi ilə çatdırılmasına dair məlumatları şərh edən hökumət başçısı bildirib ki, bu informasiyalarda qeyri-dəqiqlik var: “Gürcüstanın siyasi problemi olmayacaq, çünki biz öhdəliklərimizi beynəlxalq hüquqa müvafiq olaraq yerinə yetiririk. İlk növbədə, KİV-in yaydığı informasiya qeyri-dəqiqdir. Bu informasiya iki ölkə arasında müzakirə mövzusu olacağı təqdirdə maraqlı ola bilər”.

G.Qaxaria bildirib ki, Gürcüstan-Azərbaycan arasında strateji tərəfdaşlığa heç bir təhdid yoxdur:  “Yüksək səviyyədə olan münasibətləri təhdid etmək mümkün deyil”.

Onun sözlərinə görə, hər hansı bir onlayn nəşrin yaydığı informasiya ilə bağlı sualın verilməsi iki ölkə arasındakı münasibətlərin konteksinə uyğun deyil: “Bu, bir riskdir”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA