Prezidentin köməkçisi "CTV News”ə danışdı: "Erməni terror təşkilatları xaricdə azərbaycanlılara hücum edə bilər"
24-07-2020 [12:34]
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kanadanın “CTV News” televiziya kanalına müsahibə verib.
Mia.az xəbər verir ki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın Ermənistanın hərbi təcavüzündən əziyyət çəkdiyini bildirən H.Hacıyev ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal olunmuş ərazilərimizdə etnik təmizləmənin həyata keçirildiyini diqqətə çatdırıb.
ATƏT-in Minsk Qrupunun həmsədlərinin fəaliyyətinə toxunan H.Hacıyev münaqişənin həlli istiqamətində nəzərəçarpacaq nəticələrin olmadığını və münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması əsasında həllinin zəruriliyini vurğulayıb.
Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində son hərbi təxribatına toxunan H.Hacıyev Ermənistan silahlı qüvvələrinin artileriyadan istifadə edərək Azərbaycan mövqelərinə atəş açdığını və hərbçilərimizin həlak olduğunu, habelə məqsədyönlü şəkildə Azərbaycanın yaşayış məntəqələrini və mülki insanları hədəfə aldığını söyləyib.
Prezidentin köməkçisi Ermənistanın bu hücumu törətməkdə məqsədinin həmin ərazidən keçən Şərq-Qərb dəhlizi və Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmaq olduğunu bildirib. Azərbaycanın sərhəd zonasında hərbi məqsədlərinin olmadığını bildirən H.Hacıyev ölkəmizin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllinə çalışdığını qeyd edib.
Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinə toxunan H.Hacıyev sözügedən stansiyanın dünyada Çernobıl texnologiyasının istifadə olunduğu yeganə AES olduğunu bildirib. Köhnəlmiş texnologiyaların istifadə olunduğu AES-in region üçün təhlükə olduğunu söyləyən H.Hacıyev Metsomorun radioaktiv maddələrin qaçaqmalçılığı üçün bir vasitəyə çevrildiyini xüsusilə vurğulayıb.
Eyni zamanda, Kanadada yaşayan azərbaycanlılara və Kanadanın hüquq-mühafizə orqanlarına müraciət edərək erməni lobbi qruplarının Los-Anceles, Paris və Brüsseldə azərbaycanlılara hücum etdiyini və erməni terror təşkilatlarının azərbaycanlılara hücum edə biləcəyindən onları ayıq olmağa çağırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi